Netanyahunun yaratdığı gizli komanda müharibədən sonrakı planları müzakirə edir

Dünya
14:20 / 11.12.2023
7783
İsrailin Baş naziri Benyamin Netanyahu müharibədən sonrakı planları müzakirə etmək üçün yüksək səviyyəli müttəfiqlərindən və müdafiə qurumunun nümayəndələrindən ibarət gizli qurum yaradıb.
Sfera.az xəbər verir ki, müharibədən sonrakı planlara dair fikir ayrılıqları var. Bildirilib ki, komandanın üzvləri artıq 4 dəfə görüşüb və bu həftə yenidən görüşmələri planlaşdırılır.
Keçirilən görüşlərin hesabatlarından əldə olunan məlumata görə, müharibədən sonrakı dövrdə Səudiyyə Ərəbistanı ilə BƏƏ arasında Qəzzanın infrastrukturunu bərpa etmək üçün əməkdaşlıq müqaviləsinin imzalanacağı gözlənilir.
Ülkər