Zelenski ABŞ yolunda – Sabah baş tutacaq görüşdə Baydendən nə istəyəcək?

Zelenski ABŞ yolunda – Sabah baş tutacaq görüşdə Baydendən nə istəyəcək?

Ukrayna Prezidenti Volodimir Zelenski dekabrın 12-də Ağ Evdə amerikalı həmkarı Cozef Baydenlə görüşəcək.

 

Bu görüş hansı məsələləri həll etməyə hədəflənib?

 

Sfera.az xəbər verir ki, politoloq Məhəmməd Əsədullazadə sözügedən səfəri zəruri edən səbəblərlə bağlı fikirlərini bölüşüb:

 

“ABŞ-nin maliyyə və hərbi yardımı gecikdirməsi, konqresin Ukraynaya vəsait ayırmaması Kiyevdə hərbi- siyasi sferada təlaş doğurub. Nəticədə Rusiya cəbhə xəttində təşəbbüsü ələ ala bilib. Belə bir gərgin situasiyada V. Zelenskinin Vaşinqtona səfəri bir çox problemi həll edərək, ABŞ-nin Ukraynaya  maliyyə ayırmasına nail olmaqdır”.

 

Politoqun sözlərinə görə, səfər çərçivəsində V. Zelenski Kongrensdə də görüşlər keçirəcək. M.Əsədullazadə əlavə edib ki, səfərin əsas məqsədi ABŞ Konqresində Ukraynaya maliyyə yardımına səs vermək və uzaqmənzilli raketlərin və F16 təyyarələrin Ukraynaya verilməsini tezləşdirməkdir.

 

“Zelenski Ukraynada prezident seçkilərinin keçirilib-keçirilməsi ilə əlaqədar danışıqlar aparacaq. Bununla yanaşı, Vaşinqtondan siyasi dəstək istəyəcək. Çünki daxildə siyasi intriqalar qızışır, ordu ilə siyasi hakimiyyət arasında fikir ayrılıqları dərinləşir. Qeyd edim ki, Ukrayna prezidentinin əsas hədəfi seçkilərə getməmək və ABŞ-ın tam hərbi dəstəyini almaqla marta kimi Rusiyada keçiriləcək prezident seçkilərində Rusiya ordusunu bir çox ərazilərdən çıxarmaq və V. Putinin daxili siyasi vəziyyətini gərginləşdirməyə nail olmaqdır. Zelenskinin Vaşinqtona səfəri müsbət nəticələnməsi gözlənilir. ABŞ Kongrensi Ukraynaya nəzərdə tutulan maliyyə yardımını ayıra bilər”.

 

Ülkər


OXŞAR XƏBƏRLƏR