Azərbaycanda inflyasiya təkrəqəmli səviyyəyə düşüb – Rəsmi

Azərbaycanda inflyasiya təkrəqəmli səviyyəyə düşüb – Rəsmi

Dövlət Statistika Komitəsinin (DSK) açıqladığı məlumatlara əsasən, Azərbaycanda inflyasiya təkrəqəmli səviyyəyə düşüb.

 

Sfera.az DSK-ya istinadən xəbər verir ki, 2023-cü ilin yanvar-noyabr ayları ərzində qeydə alınan qiymət səviyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 9,4 faiz yüksək olub. Bundan öncəki ayda dövrü inflyasiya 10,2 faiz idi.

 

Xatırladaq ki, ölkəmizdə 2022-ci ilin yanvarından ikirəqəmli inflyasiya müşahidə edilirdi. Ölkəmizdə 22 ay ərzində ikirəqəmli inflyasiya baş verdi.

 

İkirəqəmli inflyasiya ilk dəfə ötən ilin yanvarında qeydə alınmışdı. Həmin tarixdə dövrü inflyasiya 12,5 faizə yüksəldi. Sonrakı aylarda inflyasiyanın sürətlənməsi davam etdi və dövrü inflyasiya bu ilin yanvar-fevralında 13,9 faizə çatdı.

 

2023-cü ilin martından başlayaraq dövrü inflyasiyanın sürəti azalır. Azalmanın səbəbi illik inflyasiya sürətinin zəifləməsidir. DSK-nın məlumatına görə bu ilin noyabrında illik inflyasiya 2,6 faizə enib ki, bu da olduqca əlverişli göstəricidir.

 

Qeyd edək ki, 2023-cü ilin yanvar-noyabr aylarında ümumi inflyasiya 9,4 faiz olmaqla yanaşı ərzaq inflyasiyası 10,7 faizə, qeyri-ərzaq inflyasiyası 8,9 faizə, pullu xidmətlər üzrə inflyasiya 8,6 faizə düşüb.

 

İllik müqayisədə isə bahalaşma ərzaq mallarında 1,3 faiz, qeyri-ərzaqda 3,1 faiz, pullu xidmətlərdə 4 faiz təşkil edib.

 

Vasif


OXŞAR XƏBƏRLƏR

Sahibə Qafarova Cenevrəyə getdi

İyulun 27-də Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan parlament nümayəndə heyəti Parlament Sədrlərinin 6-cı Dünya Konfransında və Parlam...

Laçındakı çörək zavodundan REPORTAJ - VİDEO

  Laçında fəaliyyət göstərən çörək zavodu insanların gündəlik qida ehtiyacını təmin etməklə yanaşı, bir çox şəxslər üçün iş yerinə çevrilib.   ...

100 il yaşamaq üçün nə etmək lazımdır? - Hər gün edilməli olan faydalı məşq

Fiziki fəaliyyətin sağlamlığa faydalı olması mübahisə doğurmur. Daha da önəmlisi, müəyyən məşqlərin müntəzəm yerinə yetirilməsi ömrə illər əlavə edə bilər. ...

Ərdoğan Makronla telefonla danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa Prezidenti Emmanuel Makronla telefon danışığı aparıb.   Sfera.az “Anadolu” agentliyinə ist...

Polis çimərliklərdə vətəndaşlara bunu məsləhət görür - FOTO

İsti hava şəraiti ilə əlaqədar insanların çimərliklərə axını nəzərə alınaraq həmin məkanlarda vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə polis əmə...

Baş həkimdən Arif Babayevin vəziyyəti ilə bağlı açıqlama

Xalq artisti Arif Babayevin vəziyyəti ağır stabil olaraq qalır.   Sfera.az xəbər verir ki, bu barədə Mərkəzi Klinik Xəstəxanasının Baş həkimi Kamran ...