Bu şəxslərin bağçalarda işləməsinə İCAZƏ VERİLMƏYƏCƏK - Nazir AÇIQLADI

Bu şəxslərin bağçalarda işləməsinə İCAZƏ VERİLMƏYƏCƏK - Nazir AÇIQLADI

Orta təhsilli 20 yaşlı bir xanımı sadəcə olaraq işlə təmin etmək üçün məktəbəqədər təhsilə götürmək olmaz. Bizim az qala gələcəyimizin məktəbəqədər təhsildən asılı olduğundan danışırıqsa, orada təhsilli, bacarıqlı insanların işləməsini təmin etməyimiz olduqca vacibdir.

 

Sfera.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış" adlı beynəlxalq elmi-praktiki konfransda çıxışı zamanı deyib.


"Biz adi orta məktəb attestatı kvalifikasiyası ilə uşaqların inkişafını təmin edə bilmərik. Mənim o insanların şəxsiyyəti ilə işim yoxdur. Məsələnin ancaq peşəkarlıq tərəfindən danışırıq. Çünki bu, olduqca vacib sahədir. Burada bizim mövqeyimiz kimisə qınamaq, pis vəziyyətdə qoymaq deyil.

 

Uzun müddət biz məktəbəqədər və ibtidai təhsilə orta ixtisas təhsili kimi baxmışıq. Biz artıq ibtidai təhsil üçün uzun müddətdir orta təhsilli müəllimlər hazırlamırıq. Yəqin, eyni model məktəbəqədər təhsilə də tətbiq olunacaq.

 

İndiyə qədər kim çalışırsa, işini davam etdirəcək. Onlara daha çox təhsil vermək və inkişaf etdirmək işimizin bir parçası olacaq. Amma növbəti mərhələlərdə məktəbəqədər təhsil səviyyəsi üzrə mütəxəssislərinin minimum bakalavr pilləsində hazırlanmasına nail olmalıyıq. Qısa müddətdə bununla bağlı dəyişiklikləri diqqətinizə çatdıracağıq" - deyə nazir qeyd edib. (APA)
 


OXŞAR XƏBƏRLƏR

Məşhur modelə AĞIR İTKİ - FOTO

Türkiyənin məşhur modeli Deniz Akkayaya ağır itki üz verib.   Sfera.az xəbər verir ki, sənətçinin atası Muzaffer Akkaya dünyasını dəyişib. Bu barədə...

Ararat Mirzoyanla Seyid Abbas Araqçı GÖRÜŞDÜ

Ermənistan və İranın xarici işlər nazirləri Ararat Mirzoyanla Seyid Abbas Araqçı arasında görüş keçirilib.   Sfera.az Ermənistan XİN-in yaydığı məlum...

"Sumqayıt" heyətini qapıçı ilə gücləndirdi

“Sumqayıt” klubu heyətini qapıçı ilə gücləndirib.   Sfera.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "gənclik şəhəri"...

Dövlət Xidmətində Anım Günü tədbirləri keçirildi - FOTOLAR

44 günlük Vətən müharibəsinin başlanmasının ildönümü münasibətilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində tədbirlər keçirilib.   ...

Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti Azərbaycanda işgüzar səfərdədir

Bu gün Azərbaycanın Baş prokuroru Kamran Əliyev Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti, Buenos-Ayres Muxtar Şəhərinin Dövlət Prokurorluğu Xidmətinin...

Nazirlərin oktyabr ayında keçiriləcək vətəndaş qəbulu cədvəli AÇIQLANDI

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin oktyabr ayında şəhər və rayonlarda keçiriləcək vətəndaş...