“Azərbaycan “Qafqaz evi” layihəsininin reallaşmasını yaxınlaşdıracaq” - Politoloq

“Azərbaycan “Qafqaz evi” layihəsininin reallaşmasını yaxınlaşdıracaq” - Politoloq

“Müşahidələrim əsasında deyə bilərəm ki, cəmiyyətdə və siyasi ekspertlər arasında Azərbaycanla Ermənistan arasındakı münasibətlərə dair əsasən iki yanaşma formalaşıb”.

 

Sfera.az xəbər verir ki, bunu açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

 

Mütəxəssisin fikrincə, birinci yanaşma bundan ibarətdir ki, Azərbaycan qalib ölkə olduğundan məğlub ölkəyə şərtlərini diqtə etməli, Ermənistanı daha çox sıxmalıdır:

 

“Bu sıraya Zəngəzur dəhlizinin güc yolu ilə reallaşmasından tutmuş, Ermənistanın Azərbaycana təzminat ödəməsinə dair bəndlər aiddir. Bu yanaşmanı dəstəkləyənlər növbəti müharibəni də istisna etmirlər”.

 

Ekspert ikinci yanaşmanın sülh sazişindən yana olduğunu qeyd edib:

 

“İkinci yanaşma isə bundan ibarətdir ki, 100 illik problemimizi - ərazi bütövlüyümüzü bərpa və Qarabağ üzərində suverenliyimizi tam təmin etdikdən və yerdə qalan kəndlərimizi geri qaytardıqdan sonra dünyadakı və bölgədəki reallıqları da nəzərə alaraq sülh sazişinin imzalanmasına çalışmalıyıq. Bu yanaşmanın fəlsəfəsi ondan ibarətdir ki, Azərbaycana təhlükə yaranmayacağı halda Ermənistanla müharibəyə ehtiyac yoxdur. Azərbaycan Qarabağda quruculuq və məskunlaşma işlərini hədəfləməli, Ermənistanla müxtəlif səviyyələrdə dialoqu genişləndirməyə çalışmalıdır. Bu Azərbaycana müxtəlif istiqamətlərdən təzyiqləri də neytrallaşdıracaq, elə son əsir dəyişməsini bəyanatı ilə bəyənməyən ölkə və beynəlxalq təşkilat qalmadı. Azərbaycanın bu siyasəti 2024-cü ildə dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a ev sahibliyi etməsinə şərait yaratdı”.

 

E.Şahinoğlu vurğulayıb ki, bundan sonra Ermənistan Azərbaycanla ayaqlaşa bilməz:

 

“Müharibədə qələbə qazandıq, separatizmə son qoyduq, Ermənistan bundan sonra hərbi və təhlükəsizlik sahəsində Azərbaycanla ayaqlaşa bilməyəcək. Bununla yanaşı, Azərbaycan dialoqa və yumşaq gücə üstünlük verməklə sülh və regional əməkdaşlığı reallığa çevirəcək, arzuladığımız “Qafqaz evi” layihəsini yaxınlaşdıracaq”.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Sahibə Qafarova Cenevrəyə getdi

İyulun 27-də Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan parlament nümayəndə heyəti Parlament Sədrlərinin 6-cı Dünya Konfransında və Parlam...

Laçındakı çörək zavodundan REPORTAJ - VİDEO

  Laçında fəaliyyət göstərən çörək zavodu insanların gündəlik qida ehtiyacını təmin etməklə yanaşı, bir çox şəxslər üçün iş yerinə çevrilib.   ...

100 il yaşamaq üçün nə etmək lazımdır? - Hər gün edilməli olan faydalı məşq

Fiziki fəaliyyətin sağlamlığa faydalı olması mübahisə doğurmur. Daha da önəmlisi, müəyyən məşqlərin müntəzəm yerinə yetirilməsi ömrə illər əlavə edə bilər. ...

Ərdoğan Makronla telefonla danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa Prezidenti Emmanuel Makronla telefon danışığı aparıb.   Sfera.az “Anadolu” agentliyinə ist...

Polis çimərliklərdə vətəndaşlara bunu məsləhət görür - FOTO

İsti hava şəraiti ilə əlaqədar insanların çimərliklərə axını nəzərə alınaraq həmin məkanlarda vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə polis əmə...

Baş həkimdən Arif Babayevin vəziyyəti ilə bağlı açıqlama

Xalq artisti Arif Babayevin vəziyyəti ağır stabil olaraq qalır.   Sfera.az xəbər verir ki, bu barədə Mərkəzi Klinik Xəstəxanasının Baş həkimi Kamran ...