Bıçaqlanan Natiq Dağlaroğlu: "Dedim, "ə" səni böyüdən atandır" + VİDEO

Bıçaqlanan Natiq Dağlaroğlu:

Xəbər verdiyimiz kimi, ötən il iyulun 2-nə keçən gecə Bakının Nizami rayonunda yerləşən "Altun saray" şadlıq evində məşhur tamada, "Laçın" musiqi ansamblının rəhbəri Natiq Dağlaroğlu bıçaqlanıb.

 

Sfera.az xəbər verir ki, sənətçi qonaq olduğu "Günaydın, Azərbaycan!" səhər şousunda hadisədən danışıb.

 

Natiq başına gələn bıçaqlanması olayını belə nəql edib:

 

"Çox böyük zövqlə o toya getdim. Məclis bitdi, ev sahibi gedib pulu saydılar. Foyedə dayanmışdım, "Laçın" ansamblının üzvləri, musiqiçilər də yanımda idilər. Onlar arasında mənə verilən pulu böldüm və yaxınlaşdım "terminala" qalan pulu ödəyəm. Bu anda 17 yaşlı bir gənc oğlan, ofisiant qabağıma çıxıb söylədi ki, "Ə, bu uşağın pulunu niyə vermirsən?" Mən də o ofisiantlardan birinə pul vermişəm, digərinə də verməli idim. Onun mənə "Ə" deyə müraciət etməsi toxundu və xoşuma gəlmədi. Ona sual verdim ki, kimə "Ə" deyirsən? Cavabında gənc mənə "Sənə" deyirəm dedi. Mən də ona söylədim ki, ""Ə" səni böyüdən atandır". Sonra zaldan 3 nəfə qarşıma çıxdı. Elə bildim ki, onlar kababçılardı. Onlar mənə sual verdilər ki, bu ofisiant oğlanla niyə elə danışırsan? Cavab verdim ki, o, mənim oğlum yaşımdadır. Dedilər ki, o oğlana heç nə deyə bilməzsən. Söylədim ki, bəs biz Lerikə toy məclisinə gedirik və oğlum arxada durub məni gözləyir. Oğlum onların mənə dediyi sözləri eşitdi və bu sözləri götürmədi. Dava düşdü... Mən oğlum Məhəmmədi qorudum. Arxamda baş verənlərdən xəbərim olmadı. Allah heç kimə etibarsız dost qismət eləməsin. Musiqiçilər hansılara ki, çörək verərim hadisəni görüb haray qoparmadılar. Musiqiçilər heç biri yaxına belə gəlmədilər. Qorxularından özlərini az qala pilləkəndan atırmışlar. Onlar kürəyimə dörd bıçaq zərbəsi vurdular. Çöndüm gördüm ki, oğlumun ağ köynəyi qandır. Sən demə mənim əlim öz qanıma dəyib mən də o əllə oğluma toxunmuşam. Elə bu anda qorxdum ayağım əsdi. Onun köynəyinin yaxasını tez cırdım gördüm ki, yaralanmayıb. Məhəmməd dedi ki, ata heç nə yoxdur. Söylədim ki, ata qurban gedək. Allaha and olsun ki, yaralandığımdan xəbərim belə olmayıb. Birdən restorandan çalışan qadın xidmətçilərdən biri söylədi ki, sizin şalvarınız bulaşıb. Üzümü arxama çevirib gördüm ki, döşəmənin hər yeri qandır. Oğlum dedim ki, qorxma. Təcili tibbi yardım gəldi. Onlara söylədim ki, övladlarım cavandır, toylarının olmasını gözləyirəm, qoymayın ki, mən öləm. Ondan sonra nələrin baş verdiyindən xəbərim belə olmadı".

 

Proqramın aparıcısı Xoşqədəm Hidayətqızının "Sizi bıçaqlayan şəxsi bağışladınız?" sualına N.Dağlaroğlunun cavab reaksiya belə olub:

 

"9 gün xəstəxananın reanimasiya şöbəsində yatdım. Mənə 4 bıçaq zərbəsi vuran şəxsləri bağışladım. Hərçənd dedilər ki, mən guya adam tutdurmuşam. Həmin o musiqiçi dostları bu gün də yanımda işləyirlər. Amma onlara mənim yanımda bir kəlmə söz desələr mən ölümə gedərəm".

 

Qeyd edək ki, musiqiçiyə 2 bıçaq zərbəsi endirən 1987-ci il təvəllüdlü Məmməd Hüseynov Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirli bilinib. Məhkəmədə Məmməd Hüseynov törətdiyi əməli etiraf edib. O deyib ki, Natiq Dağlaroğlu ilə yanaşı, oğlu da Məmmədin üzərinə gəlib.

 

O, hadisənin həmin an baş verdiyini deyib. Həmçinin o qeyd edib ki, bıçaqlanmadan sonra qaçıb və xəstəxanaya aparılan Natiq Dağlaroğlunu taparaq ona şikayətçi olmaması üçün 9 min manat verib. Lakin N.Dağlaroğlu pulu alsa da, şikayətini geri götürməyib.

 


OXŞAR XƏBƏRLƏR

Bəy və gəlin güclü qasırğadan qorxmayaraq rəqs etdilər - VİDEO

Tennessi ştatından olan cütlük və onların toy fotoqrafı fırtına fonunda çəkilmiş qeyri-adi toy fotolarından sonra sosial media istifadəçilərini valeh edib. Cütl...

Beyons kiçik qızını ilk dəfə səhnəyə çıxardı - FOTOLAR

43 yaşlı amerikalı müğənni Beyons övladlarını tədricən şou-biznesə cəlb edir. Böyük qızı, 13 yaşlı Blu Ayvi artıq anası üçün daimi ehtiyat rəqqasə olduğu halda,...

Mengele, Eichmann və digər nasistlər: Argentina gizli arxiv sənədləri göstərdi

Adolf Eichmann, Josef Mengele və digər nasistlər İkinci Dünya Müharibəsindən sonra Argentinaya qaçıblar.   Sfera.az bildirir ki, Üçüncü Reyxin yüksək v...

Adanın paytaxtı bir anda xarabalığa çevrildi - FOTOLAR

Bir vaxtlar səs-küylü və gözəl Plimut, Karib dənizinin qayalı Montserrat adasının paytaxtı, indi kül və daş təbəqələri altında xarabalıqlar içərisindədir. &nbs...

Şahzadə Endryu və Epşteyn cinsi istismarda ittiham olunurdu: Virciniya Giuffrenin şübhəli ölümü

Amerikalı milyarder Cefri Epşteyn 18 yaşından kiçik uşaqlara qarşı zorakılıq və insan alveri ittihamı ilə məhkəməni gözləyərkən həbsxanada intiharda şübhəli bil...

ADNA terrorundan 16 il ötür...

Azərbaycan Dövlət Neft Akademiyasında törədilən terrordan 16 il ötür.   Sfera.az xəbər verir ki, terror aktı 2009-cu il aprelin 30-u səhər saat 09:30...