Sabirabadda avtomobillər toqquşub, xəsarət alanlar var

Sabirabadda avtomobillər toqquşub, xəsarət alanlar var

Sabirabadda "Niva" və "Mersedes" markalı avtomobillərin toqquşması nəticəsində bir neçə nəfər xəsarət alıb.

 

Sfera.az report-a istinadən xəbər verir ki, hadisə Qaratoğay kəndində qeydə alınıb.

 

Qəza zamanı kənd sakinləri: - 1959-cu il təvəllüdlü Kərimova İradə Hacımayıl qızı, 1998-ci il təvəllüdlü Bağırzadə Zinyət Qurban qızı və Bağırova Fərziyyə Hacımayıl qızı müxtəlif dərəcəli xəsarətlər alıblar.

 

Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

 

Faktla bağlı araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR