"Dedi ki, qızıma övlad ver, mənim canımı al" (VİDEO)

"Üçüncü dəfə ailə qurmaram. Oğlum da, qızım da artıq böyükdür. Onların qarşısına nə deyib başqasını çıxararam? Mənim hər şeyim, həyat yoldaşım, qardaşım, sevdiyim, atam oğlumdur".

 

Sfera.az xəbər verir ki, bu sözləri müğənni Sevda Sanaliyeva "Evdəkilərə salam" proqramında deyib. O, anasının nəvə sevincini yaşaya bilmədiyini bildirib:

 

"Həkimlər mənə burada və xaricdə demişdilər ki, heç vaxt övlad sahibi olmayacağam. Diaqnoz bu idi. Çox pis olmuşdum. Anam da biləndə çox məyus oldu. Xəstəliyi ağırlaşırdı. Həmişə deyirdi ki, qocalanda sənə kim baxacaq?

 

Mən müalicə almağa başlayanda gördü ki, çox əziyyət çəkirəm. Bir gün dedi ki, Allahım, qızıma övlad ver və mənim canımı al. İki dəfə bu duanı etdi. Bunun üstündə onunla dalaşdım. Dedim ki, sənsiz heç nə istəmirəm. Onun duası qəbul oldu. Ailə həyatı qurdum və sonra anam daha da ağırlaşmağa başladı. Onda bildim ki, hamiləyəm. Oğlum dünyaya gəldi və qırxı çıxandan sonra anam dünyasını dəyişdi. O sevinci yaşaya bilmədi, nəvəsini qucağına almadı.

 

Yəqin ki, yaxşı övlad olmuşam, Övladlarıma qarşı da beləyəm. Heç vaxt özümü birinci yerə qoymaram. Özümə nəsə alanda vicdan əzabı çəkirəm. Yoxluğu çox görmüşəm, yəqin ki, buna görədir".

 

Qeyd edək ki, müğənninin anası Rəhilə Həmidova xərçəng xəstəliyindən əziyyət çəkirdi.

 

qaynarinfo

 

  •  

OXŞAR XƏBƏRLƏR

Bu yay axır ki, pul üzü görəcək bürclər – Gözlənilən bolluq gəlir

2025-ci ilin yay ayları (iyul-avqust) bəzi bürclər üçün maddi baxımdan gözlənilən qapıları açacaq. Uzun müddət gözləyən, zəhmət çəkən, lakin qarşılığını ala bil...

MMA döyüşçüsü güllələndi - VİDEO

Rusiyanın Dağıstan respublikasında iki silahlı şəxs rusiyalı MMA döyüşçüsü Timur Xizriyevə sui-qəsd cəhdi edib.   Sfera.az bildirir ki, atışma Mahaçq...

Rusiyada VPN xidmətlərindən istifadəyə görə cərimə tətbiq edilib

Rusiya Dövlət Dumasının müvafiq komitəsi internetdə “bilərəkdən ekstremist məlumatların” axtarışına, o cümlədən VPN xidmətlərindən istifadəyə görə 5...

Azərbaycanda xərçəng əleyhinə peyvənd tətbiq olunacaq? - VİDEO

"Dünyada insanları xərçəngdən qoruyan mühüm peyvəndlərdən birinin Azərbaycanda da tətbiqi ilə bağlı danışıqlar aparılır".   Sfera.az Xəzər ...

Növbəti əsərini Qurban Qurbanova həsr etdi - FOTO

Məşhur karikaturaçı Omar Momani “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanova karikatura həsr edib.   Sfera.az xəbər verir ki, o karik...

Çoxmərtəbəli binalarda yaşayanların NƏZƏRİNƏ

Yeni inşa edilən çoxmərtəbəli binalarda mərkəzi istilik sistemi tətbiq olunacaq.   "İstilik təchizatı haqqında" yeni qanuna əsasən çoxmənzi...