Ayselin keçmiş əri həbs olundu - FOTO

Ayselin keçmiş əri həbs olundu - FOTO

İnfluenser Aysel Şükürün keçmiş həyat yoldaşı Elşən Əsgərli həbs olunub.

 

OLAY yazır ki, bu barədə Aysel özü məlumat yayıb. O bildirib ki, E. Əsgərlinin saxlanılmasına səbəb narkotik istifadə etməsi olub:

 

"Bunu demək mənim üçün utancvericidir. Gecə bu xəbəri eşidəndə video çəkdim, paylaşa bilmədim. Mənə dedilər ki, o məlumatı verməli idin. Həm utandım, həm də pis oldum. Uğurun atası avqust ayında üstümüzə hücum çəkmişdi, həmişəki kimi ağzına gələni danışmışdı. İllərdir mən bununla mübarizə aparıram, deyirəm ki, narkotik istifadəçisidir. Bir dəfə müalicə alıb, sağalıb. Avqustda Uğuru onunla görüşdürəndə anladım ki, yenidən aludə olub. Təsəvvür edin ki, 19 yaşından onun həmin vəziyyətlərini görüb, canımı qurtarmışam. İndiyə qədər əl çəkmirdi. Dünən həbs olunub, 2 aylıq azadlıqdan məhrum edilib. Narkotik istifadə edib maşın idarə edəndə saxlanılıb. Bizim cinayət işimiz də davam edir. Üzləşmə olmuşdu, yenə təhqirlər səsləndirdi, Oqtay (İkinci həyat yoldaşı - red) üçün ağzına gələni dedi, şərlər atdı. 

 

Nə dediyini bilmirdi, mən də söylədim ki, sən yenə başlamısan? Gördüm ki, bunun gözü o deyil. Onunla evlənəndən başıma minbir bəlalar açıb. Canlı yayımlar açırdı, bəziləri yazırdılar ki, sən narkotik istifadəçisinə oxşamırsan. Halbuki mən sübutları ortaya qoymuşdum. Çoxluq mənə inanmırdı, çünki deyirdilər ki, boşanandan sonra  elə deyirlər və sairə. Amma mənim başıma həqiqətən bu hadisə gəlib. Bu gün də sübutudur ki, həbs olunub. Onu mənə görə həbs etməyiblər. Avqustdakı hadisələrdə tamam başqa adamla bağlı nələrsə dedi. Bu gün də onun əziyyətini çəkirəm.  Nə isə. Pis oluram. Təəssüflənirəm ki, Uğurun belə bir atası var. Bir tərəfdən də sevinirəm ki, ilahi ədalət bərpa olundu. Mənə dedilər ki, Binəqədidədir, 206-cı maddə ilə həbs olunub. Mənə bir izləyicim yazmışdı, o demişdi ki, vəzifəli bir şəxsi döydüyü üçün həbs olunub. Sonra araşdırdım ki, maşında narkotik istifadə etdiyi üçün saxlanılıb. Mən yenə də dostumu göndərdim ki, bəlkə nəyəsə ehtiyacı var. Bizim ortaq tanışımızdır. Ona da icazə verməyiblər. Yenə mənim ürəyim, halbuki o bizi şərlədi ki, guya dostlarım qolundan tutub, mən də döymüşəm. Bizim cinayət işimiz davam edir. Çünki mənim üstümə bıçaq çəkmişdi. Bu,   onun 2-ci həbsi imiş. Bir dəfə də narkotikə görə tutulubmuş". 

 

Aysel həmçinin əlavə edib ki, E. Əsgərli oğlu Uğurun alimentini də ödəmir. O bununla bağlı müraciət etsə də, icraçı işə baxmayıb.

 

Məqaləyə dair fotomateriallar:

 


OXŞAR XƏBƏRLƏR

Bu gün 40 dərəcə isti olacaq - PROQNOZ

Azərbaycanda iyulun 16-da havanın əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə 40 dərəcə isti olacağı gözlənilir.   Bu barədə Sfera.az-a Milli Hidrometeo...

Bu gündən Azərbaycanla Çin arasında viza rejimi ləğv edilir

Bu gündən Azərbaycanla Çin arasında viza rejimi ləğv edilir.   Sfera.az xəbər verir ki, viza rejiminin ləğvi Azərbaycan Prezidenti İlham Əliyevin Çin...

Bu yay axır ki, pul üzü görəcək bürclər – Gözlənilən bolluq gəlir

2025-ci ilin yay ayları (iyul-avqust) bəzi bürclər üçün maddi baxımdan gözlənilən qapıları açacaq. Uzun müddət gözləyən, zəhmət çəkən, lakin qarşılığını ala bil...

MMA döyüşçüsü güllələndi - VİDEO

Rusiyanın Dağıstan respublikasında iki silahlı şəxs rusiyalı MMA döyüşçüsü Timur Xizriyevə sui-qəsd cəhdi edib.   Sfera.az bildirir ki, atışma Mahaçq...

Rusiyada VPN xidmətlərindən istifadəyə görə cərimə tətbiq edilib

Rusiya Dövlət Dumasının müvafiq komitəsi internetdə “bilərəkdən ekstremist məlumatların” axtarışına, o cümlədən VPN xidmətlərindən istifadəyə görə 5...

Azərbaycanda xərçəng əleyhinə peyvənd tətbiq olunacaq? - VİDEO

"Dünyada insanları xərçəngdən qoruyan mühüm peyvəndlərdən birinin Azərbaycanda da tətbiqi ilə bağlı danışıqlar aparılır".   Sfera.az Xəzər ...