Abşeronda yol qəzasında bir nəfər öldü

Hadisə
20:30 / 09.12.2023
11313
Abşeronda 1 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Sfera.az xəbər verir ki, hadisə "Saray yolu" adlanan ərazidə qeydə alınıb.
"KİA" və "Mercedes" markalı minik avtomobillərinin toqquşması nəticəsində ikincinin sürücüsü hadisə yerində ölüb.
Onun şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.