Bu işsiz şəxslərə ödənişlər ediləcək - Deputatdan AÇIQLAMA

Bu işsiz şəxslərə ödənişlər ediləcək - Deputatdan AÇIQLAMA

““İşsizlikdən sığorta haqqında” qanuna edilən yeni dəyişikliklərlə sığorta ödənişi alacaq işsizlərin dairəsi genişlənəcək”.

 

Sfera.az bildirir ki, bunu deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə, yeni dəyişikliklərə əsasən, müəssisəinin mülkiyyətçisi dəyişəndə, əvvəlllər müvafiq işdə çalışan işçi işə bərpa ediləndə, həmin müəssisədə çalışmış işçi müddətli hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra öz işinə qayıdan zaman ödənişlər ediləcək:

 

“Sığorta ödənişinə görə əlavə, ailədəki bütün uşaqlara şamil ediləcək. İndi bu əlavələr 20 faizlə məhdudlaşır. Yeni dəyişliklərlə isə məhdudlaşma olmayacaq. Bu zaman həmin ödəniş müddətli əmək müqaviləsinin bitməsi ilə xitam hallarına da şamil ediləcək.  İşsizlərə sığorta verilməsi zamanı müddətli əmək müqaviləsi üzrə tələb oluna sığorta stajının 30 aydan 24 ayadək endirilməsi də həyata keçirilir. Bu, daha çox vətəndaşların ödəniş almasına imkan yaradacaq”.

 

Millət vəkili bildirib ki, digər dəyişiklik fərdi məşğulluq proqramının üzürlü səbəbdən icra edilə bilmədiyi halda ödənişlərin verilməsidir:

 

“Bu zaman qanunda üzrlü halların konkret olaraq müəyyənləşdirilməsi də həyata keçirilib. Bütövlükdə, qanuna edilən dəyişiklik sığorta ödənişlərinə əlçatanlığı artırmaqla yanaşı daha çox vətəndaşımız bu imkandan faydalanmasına şərait yaradacaq”.

 

Türkan


OXŞAR XƏBƏRLƏR

Sahibə Qafarova Cenevrəyə getdi

İyulun 27-də Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan parlament nümayəndə heyəti Parlament Sədrlərinin 6-cı Dünya Konfransında və Parlam...

Laçındakı çörək zavodundan REPORTAJ - VİDEO

  Laçında fəaliyyət göstərən çörək zavodu insanların gündəlik qida ehtiyacını təmin etməklə yanaşı, bir çox şəxslər üçün iş yerinə çevrilib.   ...

100 il yaşamaq üçün nə etmək lazımdır? - Hər gün edilməli olan faydalı məşq

Fiziki fəaliyyətin sağlamlığa faydalı olması mübahisə doğurmur. Daha da önəmlisi, müəyyən məşqlərin müntəzəm yerinə yetirilməsi ömrə illər əlavə edə bilər. ...

Ərdoğan Makronla telefonla danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa Prezidenti Emmanuel Makronla telefon danışığı aparıb.   Sfera.az “Anadolu” agentliyinə ist...

Polis çimərliklərdə vətəndaşlara bunu məsləhət görür - FOTO

İsti hava şəraiti ilə əlaqədar insanların çimərliklərə axını nəzərə alınaraq həmin məkanlarda vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə polis əmə...

Baş həkimdən Arif Babayevin vəziyyəti ilə bağlı açıqlama

Xalq artisti Arif Babayevin vəziyyəti ağır stabil olaraq qalır.   Sfera.az xəbər verir ki, bu barədə Mərkəzi Klinik Xəstəxanasının Baş həkimi Kamran ...