“İstirahət günləri ilə bağlı qərar öncədən verilsin, camaat işini bilsin”

“İstirahət günləri ilə bağlı qərar öncədən verilsin, camaat işini bilsin”

“Hər il bayram günlərinə yaxın Nazirlər Kabineti qeyri-iş günlərini elan edir. Lap ərəfəsində. Axı niyə belə gec? İl bəlli, bayramlar bəlli, şənbə-bazarlar bəlli, olmazmı öncədən qərar qəbul edilsin ki, camaat işini bilsin?!”

 

Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Turizm Blogerləri Assosiasiyasının rəhbəri Azər Qəribov sosial şəbəkə hesabında yazıb.

 

O qeyd edib ki, təqvimdə bu dəyişiklik öncədən olunsa, insanlar əvvəlcədən rahat şəkildə istirahətlə bağlı səfər planlaması edə bilər: “Xaricə gedənlərin sayı ildən ilə artır, insanlar səyahət edirlər, Bakıya uçan yalnız loukosterlərin sayı 18-ə çatıb, amma qeyri-iş günləri əvvəlcədən bilinsə, səfər planlaşdıranlar biletlərini daha ucuz ala bilərlər, ümumiyətlə işlərini müvafiq olaraq düzüb-qoşa bilərlər. Yalnız xaricə deyil, rayonlara gedənlər də hotel rezervasiyasıdır, doğmaları görməkdir, filandır, həttа evində təmir edən də bilər ki, hansı günlər ustaların ayağının altına sərilib yalvarmaq lazımdır, işdən icazə almadan.

 

Ona görə Nazirlər Kabineti, bir zəhmət, il başlayanda təqvimə nəzər salın lütfən...”

 

Qeyd edək ki, bu gün Nazirlər Kabineti iş və istirahət günlərinin yerinin dəyişdirilməsi barədə qərar verib. Belə ki, qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2023-cü il 30 dekabr, 31 dekabr və 2024-cü il 7 yanvar istirahət günləri ilə müvafiq olaraq 2024-cü il 3 yanvar, 4 yanvar və 5 yanvar iş günlərinin yerləri dəyişdirilib. 2024-cü ildə 6 yanvar şənbə gününə təsadüf etdiyi üçün Yeni ildə 7 gün - 31 dekabr 2023-cü il, 1, 2, 3, 4, 5 və 6 yanvar 2024-cü il qeyri-iş günü olacaq.


OXŞAR XƏBƏRLƏR

Bəy və gəlin güclü qasırğadan qorxmayaraq rəqs etdilər - VİDEO

Tennessi ştatından olan cütlük və onların toy fotoqrafı fırtına fonunda çəkilmiş qeyri-adi toy fotolarından sonra sosial media istifadəçilərini valeh edib. Cütl...

Beyons kiçik qızını ilk dəfə səhnəyə çıxardı - FOTOLAR

43 yaşlı amerikalı müğənni Beyons övladlarını tədricən şou-biznesə cəlb edir. Böyük qızı, 13 yaşlı Blu Ayvi artıq anası üçün daimi ehtiyat rəqqasə olduğu halda,...

Mengele, Eichmann və digər nasistlər: Argentina gizli arxiv sənədləri göstərdi

Adolf Eichmann, Josef Mengele və digər nasistlər İkinci Dünya Müharibəsindən sonra Argentinaya qaçıblar.   Sfera.az bildirir ki, Üçüncü Reyxin yüksək v...

Adanın paytaxtı bir anda xarabalığa çevrildi - FOTOLAR

Bir vaxtlar səs-küylü və gözəl Plimut, Karib dənizinin qayalı Montserrat adasının paytaxtı, indi kül və daş təbəqələri altında xarabalıqlar içərisindədir. &nbs...

Şahzadə Endryu və Epşteyn cinsi istismarda ittiham olunurdu: Virciniya Giuffrenin şübhəli ölümü

Amerikalı milyarder Cefri Epşteyn 18 yaşından kiçik uşaqlara qarşı zorakılıq və insan alveri ittihamı ilə məhkəməni gözləyərkən həbsxanada intiharda şübhəli bil...

ADNA terrorundan 16 il ötür...

Azərbaycan Dövlət Neft Akademiyasında törədilən terrordan 16 il ötür.   Sfera.az xəbər verir ki, terror aktı 2009-cu il aprelin 30-u səhər saat 09:30...