Bu rayonda su kəsiləcək

Cəmiyyət
13:40 / 09.12.2023
11722
Bu gün Ağcabədi rayonunda suyun verilməsində məhdudiyyətlər yaranacaq.
Bu barədə Sfera.az-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən məlumat verilib.
Bildirilib ki, magistral su kəmərində aparılan təmir-bərpa işləri ilə əlaqədar dekabrın 9-da gün ərzində Ağcabədi şəhərinə, eləcə də Aşağı Avşar və Xocavənd kəndlərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Agentlik yaranan narahatlıqla əlaqədar abonentlərdən üzr istəyir.