BŞTİ-dən 292 nömrəli məktəblə bağlı AÇIQLAMA

BŞTİ-dən 292 nömrəli məktəblə bağlı AÇIQLAMA

Bakının Xəzər rayonu Binə qəsəbəsində yerləşən 292 nömrəli tam orta məktəb 121 nömrəli məktəbin korpusu kimi fəaliyyətə başlayıb.

 

Bu barədə Sfera.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

 

Bildirilib ki, Binə qəsəbəsində mövcud ehtiyaclar nəzərə alınaraq Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmiş 292 nömrəli tam orta məktəb Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə istifadəyə verilib.

 

Şagird sıxlığı nəzərə alınaraq 292 nömrəli tam orta məktəb ilk mərhələdə 121 nömrəli tam orta məktəbin korpusu kimi fəaliyyətə başlayıb və şagird kontingentinin bir hissəsi orada tədrisə cəlb olunub. Məktəbin fəaliyyətinin tənzimlənməsi məqsədilə müvafiq səlahiyyətlər 121 nömrəli tam orta məktəbin direktor müavinlərindən birinə tapşırılıb.

 

Hazırda məktəbin balansa verilməsi ilə bağlı aidiyyəti qurumlar tərəfindən müvafiq sənədləşmə işləri aparılır.

 

Məktəbin fəaliyyəti BŞTİ tərəfindən nəzarətə götürülüb  və şagirdlər üçün daha əlverişli mühitin təmin olunması üçün xüsusi komissiya yaradılıb və bu istiqamətdə zəruri tədbirlər həyata keçirilir.


OXŞAR XƏBƏRLƏR

Bəy və gəlin güclü qasırğadan qorxmayaraq rəqs etdilər - VİDEO

Tennessi ştatından olan cütlük və onların toy fotoqrafı fırtına fonunda çəkilmiş qeyri-adi toy fotolarından sonra sosial media istifadəçilərini valeh edib. Cütl...

Beyons kiçik qızını ilk dəfə səhnəyə çıxardı - FOTOLAR

43 yaşlı amerikalı müğənni Beyons övladlarını tədricən şou-biznesə cəlb edir. Böyük qızı, 13 yaşlı Blu Ayvi artıq anası üçün daimi ehtiyat rəqqasə olduğu halda,...

Mengele, Eichmann və digər nasistlər: Argentina gizli arxiv sənədləri göstərdi

Adolf Eichmann, Josef Mengele və digər nasistlər İkinci Dünya Müharibəsindən sonra Argentinaya qaçıblar.   Sfera.az bildirir ki, Üçüncü Reyxin yüksək v...

Adanın paytaxtı bir anda xarabalığa çevrildi - FOTOLAR

Bir vaxtlar səs-küylü və gözəl Plimut, Karib dənizinin qayalı Montserrat adasının paytaxtı, indi kül və daş təbəqələri altında xarabalıqlar içərisindədir. &nbs...

Şahzadə Endryu və Epşteyn cinsi istismarda ittiham olunurdu: Virciniya Giuffrenin şübhəli ölümü

Amerikalı milyarder Cefri Epşteyn 18 yaşından kiçik uşaqlara qarşı zorakılıq və insan alveri ittihamı ilə məhkəməni gözləyərkən həbsxanada intiharda şübhəli bil...

ADNA terrorundan 16 il ötür...

Azərbaycan Dövlət Neft Akademiyasında törədilən terrordan 16 il ötür.   Sfera.az xəbər verir ki, terror aktı 2009-cu il aprelin 30-u səhər saat 09:30...