2024-cü ilin ən ŞANSLI BÜRCLƏRİ

2024-cü ilin ən ŞANSLI BÜRCLƏRİ

2024-cü ildə bəzi bürclərin üzünə yeni qapılar açılacaq. Onlar fürsətdən istifadə edə bilsələr, təzə il onlara düşərli olacaq.

 

Sfera.az bu dəfə gələn ilin ən şanslı bürcləri haqqında məlumatı təqdim edir.

 

Oğlaq bürcü -  Çalışqan və nizam-intizamlı insanlardır. Astroloqların fikrincə, gələn il də işlərinə sistemli davam etsələr, iş həyatlarında zirvəyə çata biləcəklər. Oğlaqlar yüksəldikcə qazanclarında artım hiss edəcəklər.

 

Şir bürcü - Liderlik keyfiyyətləri ilə tanınan bu bürcün nümayəndələri 2024-cü ildə zəhmətlərinin bəhrəsini alacaqlar. Astroloqların fikrincə, onlar gələn il maliyyə baxımından rahat bir dövrə qədəm qoyacaqlar.

 

Qız bürcü - Qərarlıdırlar. 2024-cü il onların gözlədiklərindən daha yaxşı olacaq. Gələn il akademik işlərə diqqət yetirə bilərlər. Qız bürcləri özlərini təkmilləşdirmək istədikləri bir dövrə girəcəklər. Onların qazancında da artım olacaq.

 

Əqrəb bürcü – Gələn il onlar üçün də düşərli olacaq. Bu bürcün nümayəndələri ehtiraslı və iddialıdırlar. Bu hissləri iş həyatlarına yönləndirsələr, uğur onlar üçün qaçılmaz olar. Əqrəblər artıq zəhmətlərinin bəhrəsini alacaqlar. Xüsusilə 2024-cü ilin ikinci yarısından etibarən çox qazanacaqlar.

 

Dolça bürcü - Maliyyə rifahı yaşayacaqlar. Astroloqlar mart ayında Mars, Venera, Merkuri və Saturnun qarşılıqlı birləşməsinə görə Dolçanın uğurlu ola biləcəyini söyləyirlər. Bu, onların qazanclarının artacağını göstərir.

 

Tərəzi bürcü - 2023-cü ildə bəzi çətinliklərlə üzləşsələr də, 2024-cü il onların ili olacaq.  Yeni ildə iş həyatında yüksəliş və pul baxımından bolluq yaşayacaqlar.

 

Türkan


OXŞAR XƏBƏRLƏR