2024-cü ilin rəngi AÇIQLANDI

2024-cü ilin rəngi AÇIQLANDI

2024-cü ilin rəngi açıqlanıb.

 

Sfera.az bildirir ki, bu barədə  "Pantone" Rəng İnstitutu məlumat yayıb. Qeyd olunub ki, növbəti ildə "şaftalı rəngi" dəbdə olacaq.

 

"Pantone" rəng mütəxəssisi Leatrice Eisman şaftalı tonlarını "isti və rahat rəng" kimi təsvir edib. Məlumata görə, şaftalı tonları 2024-cü ilin yaz-yay kolleksiyalarında, xüsusən də İtalyan brendlərinin öndə getdiyi Milan Moda Həftəsinin podiumunda üstünlük təşkil edib. Biyons, Rihanna, Hilari Daf, Uma Turman kimi bir çox məşhur adlar da 2023-cü il ərzində qırmızı xalçada "şaftalı tonlarına" müraciət ediblər.

 

Türkan


OXŞAR XƏBƏRLƏR