“Chanel” təqdimatı qalmaqallar və yerli sakinlərin etirazları ilə yadda qaldı

“Chanel” təqdimatı qalmaqallar və yerli sakinlərin etirazları ilə yadda qaldı

Ötən gün fransız lüks brendi “Chanel”in Mançesterdəki şousuna məşhurların axın etməsi buranı moda paytaxtına çevirib. Küçələr moda evinin podiumuna bənzəyib. Lakin yerli sakinlər nümayişdən və məhdudiyyətlərdən narazı olublar.
 

Sfera.az bildirir ki, “Chanel”in nüfuzlu moda nümayişi üçün dünyanın hər yerindən məşhurlar, modellər və yüzlərlə modapərəst Mançester küçələrinə axışıb.


Dəbdə olan barlar və mağazalar podium kimi istifadə edilib. Modelləri və qonaqları leysan yağışdan yolun üzərində qurulan hündür pleksiglas örtük qoruyub.


Yerli sakinlər şou xatirinə yolların bağlanmasından və hətta onların eyvanlarına çıxmağın qadağan edilməsindən narazı qalıblar.
 

Mançester sakinləri polisin “Chanel” moda nümayişini kəsməmək əmrinə məhəl qoymayıb, aksiya keçirib və yerli barlarda karaoke oxuyublar.


“Chanel” moda evi təxminən bir aya yaxındır bağlı olan Tomas küçəsinin sakinlərindən modellər podiuma qalxarkən işıqları söndürməyi və eyvanlarda gəzməməyi xahiş edib.
 

Lakin məşhurlar nümayiş üçün müvəqqəti çadırın altına toplaşarkən, bir neçə metr aralıda nümayişçilər şüarlar səsləndirib və Qəzza zolağında atəşkəsə çağıran bayraqlar dalğalandırıblar.
 

Bir neçə addımlıqda gecə klubunda Santa Klaus papaqları geyinmiş insanlar toplaşaraq karaokedə "Lady in red" mahnısı oxuyublar.
Digərləri, şounu ələ salıblar.
 

Yerli sakinlər isə şou xatirinə küçənin bağlanmasından qəzəblənib və nə baş verdiyini izah etməyi tələb ediblər.
 

“Vogue” jurnalının baş redaktoru Anna Vintur və Bekhem ailəsi nümayişə qatılan moda ikonları arasında olub.
Şounun yeri və təfərrüatları ciddi şəkildə qorunaraq sirr olaraq saxlanılsa da, yerli mediaya görə, bu ayın əvvəlində eyni ərazidə şounun adını daşıyan onlarla yük maşını görünüb.


Qeyd edək ki, keçən il illik şou Seneqalın Dakar şəhərində, eləcə də Fransanın Chateau de Chenonceau və Hindistanın Mumbay şəhərində keçirilib.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Sahibə Qafarova Cenevrəyə getdi

İyulun 27-də Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan parlament nümayəndə heyəti Parlament Sədrlərinin 6-cı Dünya Konfransında və Parlam...

Laçındakı çörək zavodundan REPORTAJ - VİDEO

  Laçında fəaliyyət göstərən çörək zavodu insanların gündəlik qida ehtiyacını təmin etməklə yanaşı, bir çox şəxslər üçün iş yerinə çevrilib.   ...

100 il yaşamaq üçün nə etmək lazımdır? - Hər gün edilməli olan faydalı məşq

Fiziki fəaliyyətin sağlamlığa faydalı olması mübahisə doğurmur. Daha da önəmlisi, müəyyən məşqlərin müntəzəm yerinə yetirilməsi ömrə illər əlavə edə bilər. ...

Ərdoğan Makronla telefonla danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa Prezidenti Emmanuel Makronla telefon danışığı aparıb.   Sfera.az “Anadolu” agentliyinə ist...

Polis çimərliklərdə vətəndaşlara bunu məsləhət görür - FOTO

İsti hava şəraiti ilə əlaqədar insanların çimərliklərə axını nəzərə alınaraq həmin məkanlarda vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə polis əmə...

Baş həkimdən Arif Babayevin vəziyyəti ilə bağlı açıqlama

Xalq artisti Arif Babayevin vəziyyəti ağır stabil olaraq qalır.   Sfera.az xəbər verir ki, bu barədə Mərkəzi Klinik Xəstəxanasının Baş həkimi Kamran ...