Metrodan istifadə edənlərin NƏZƏRİNƏ!

Metrodan istifadə edənlərin NƏZƏRİNƏ!

"Bakı Metropoliteni" QSC-nin nümayəndələri Almaniyanın Köln şəhərində keçirilən "PMRExpo" ən miqyaslı beynəlxalq telekommunikasiya sərgisində iştirak ediblər.

 

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin xəbərinə görə, nümayəndə heyəti metropoliten idarəetməsində rabitə texnologiyalarının xüsusi sürətlə tətbiq edildiyi dövrdə təhlükəsiz və peşəkər radio-rabitə kontekstində müasir sistemlərin, telekommunikasiya sahəsində yeni tendensiyaların tətbiqinə xüsusi diqqət ayırıblar.

 

Bakı metropoliteninin xüsusiyyətləri və mövcud texnoloji bazası əsasında yeni sistem və qurğuların tətbiqi ilə bağlı aparıcı şirkətlərin mütəxəssisləri ilə fikir mübadiləsi aparılıb.

 

Elçin Məmmədov sərgidə radio-rabitə, radiosiqnal kabeli, səsyazma sistemi, şəbəkə texnologiyası, antena qurğuları və s. texnoloji yeniliklər barədə müfəssəl praktiki informasiyaların nümayiş etdirildiyini və bunun Bakı metropoliteninin perspektiv planları baxımından çox faydalı olduğunu bildirib.

 

Elçin Məmmədov bu texnologiyaların Bakı metropolitenində tətbiqinin real olduğu və mərhələli keçid imkanlarının mövcud texnoloji inkişaf sayəsində genişləndirilməsinin mümkünlüyü qənaətindədir.

 

Qeyd edək ki, son illərdə Bakı metropolitenində, xüsusən Bənövşəyi xətdə həyata keçirilən layihələrdə məhz bu texnolji innovasiyalar xüsusi yer alır. SCADA idarəetməsi, Tetra radiorabitəsi, işarəvermə qurğularında informasiya-kommunikasiya sistemlərindən istifadə olunması, gələcəkdə qatarların hərəkətinin radiodalğalarla idarə edilməsi nəzərdə tutulduğundan dünya radiorabitə və telekommunikasiya sahəsində sürətlə inkişaf edən yeniliklərin təqib edilməsi dövrün xüsusi tələbidir.

 

Sərgidə toplanılmış məlumatların metropoliten rəhbərliyi və mütəxəssis heyəti ilə birgə öyrənilməsinə və texniki təhlillərinə başlanılıb.


OXŞAR XƏBƏRLƏR

Bəy və gəlin güclü qasırğadan qorxmayaraq rəqs etdilər - VİDEO

Tennessi ştatından olan cütlük və onların toy fotoqrafı fırtına fonunda çəkilmiş qeyri-adi toy fotolarından sonra sosial media istifadəçilərini valeh edib. Cütl...

Beyons kiçik qızını ilk dəfə səhnəyə çıxardı - FOTOLAR

43 yaşlı amerikalı müğənni Beyons övladlarını tədricən şou-biznesə cəlb edir. Böyük qızı, 13 yaşlı Blu Ayvi artıq anası üçün daimi ehtiyat rəqqasə olduğu halda,...

Mengele, Eichmann və digər nasistlər: Argentina gizli arxiv sənədləri göstərdi

Adolf Eichmann, Josef Mengele və digər nasistlər İkinci Dünya Müharibəsindən sonra Argentinaya qaçıblar.   Sfera.az bildirir ki, Üçüncü Reyxin yüksək v...

Adanın paytaxtı bir anda xarabalığa çevrildi - FOTOLAR

Bir vaxtlar səs-küylü və gözəl Plimut, Karib dənizinin qayalı Montserrat adasının paytaxtı, indi kül və daş təbəqələri altında xarabalıqlar içərisindədir. &nbs...

Şahzadə Endryu və Epşteyn cinsi istismarda ittiham olunurdu: Virciniya Giuffrenin şübhəli ölümü

Amerikalı milyarder Cefri Epşteyn 18 yaşından kiçik uşaqlara qarşı zorakılıq və insan alveri ittihamı ilə məhkəməni gözləyərkən həbsxanada intiharda şübhəli bil...

ADNA terrorundan 16 il ötür...

Azərbaycan Dövlət Neft Akademiyasında törədilən terrordan 16 il ötür.   Sfera.az xəbər verir ki, terror aktı 2009-cu il aprelin 30-u səhər saat 09:30...