Pərvin Abıyeva məhkəmə qarşısına çıxarılır - 95 min manatlıq SƏBƏB

Pərvin Abıyeva məhkəmə qarşısına çıxarılır - 95 min manatlıq SƏBƏB

Aktrisa Pərvin Abıyevanın Azərbaycandan çıxışına məhdudiyyət qoyula bilər.

 

Sfera.az xəbər verir ki, bu barədə İqtisadiyyat.az özəl olaraq məlumat əldə edib.

 

Belə ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi məhkəməyə ərizə ilə müraciət edərək P.Abıyevanın ölkədən çıxışına "stop" qoyulmasını xahiş edib.

 

Buna səbəb isə yığılan vergi borcunun ödənilməməsidir. Əldə etdiyimiz məlumata görə, aktrisanın vergi borcu hazırda 95 min manatı ötüb.

 

Məhkəmə işi hakim Zaur Pirverdiyevin sədrliyi ilə araşdırılacaq. Məhkəmə baxışı dekabrın 14-nə təyin edilib.

 

Əgər məhkəmə iddianı təmin etsə, aktrisanın Azərbaycandan çıxışı müvəqqəti məhdudlaşdırılacaq.


OXŞAR XƏBƏRLƏR

Bu gün 40 dərəcə isti olacaq - PROQNOZ

Azərbaycanda iyulun 16-da havanın əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə 40 dərəcə isti olacağı gözlənilir.   Bu barədə Sfera.az-a Milli Hidrometeo...

Bu gündən Azərbaycanla Çin arasında viza rejimi ləğv edilir

Bu gündən Azərbaycanla Çin arasında viza rejimi ləğv edilir.   Sfera.az xəbər verir ki, viza rejiminin ləğvi Azərbaycan Prezidenti İlham Əliyevin Çin...

Bu yay axır ki, pul üzü görəcək bürclər – Gözlənilən bolluq gəlir

2025-ci ilin yay ayları (iyul-avqust) bəzi bürclər üçün maddi baxımdan gözlənilən qapıları açacaq. Uzun müddət gözləyən, zəhmət çəkən, lakin qarşılığını ala bil...

MMA döyüşçüsü güllələndi - VİDEO

Rusiyanın Dağıstan respublikasında iki silahlı şəxs rusiyalı MMA döyüşçüsü Timur Xizriyevə sui-qəsd cəhdi edib.   Sfera.az bildirir ki, atışma Mahaçq...

Rusiyada VPN xidmətlərindən istifadəyə görə cərimə tətbiq edilib

Rusiya Dövlət Dumasının müvafiq komitəsi internetdə “bilərəkdən ekstremist məlumatların” axtarışına, o cümlədən VPN xidmətlərindən istifadəyə görə 5...

Azərbaycanda xərçəng əleyhinə peyvənd tətbiq olunacaq? - VİDEO

"Dünyada insanları xərçəngdən qoruyan mühüm peyvəndlərdən birinin Azərbaycanda da tətbiqi ilə bağlı danışıqlar aparılır".   Sfera.az Xəzər ...