Dünənki zəlzələdən sonra Bakıda qala divarları üzə çıxıb?

Cəmiyyət
14:45 / 08.12.2023
18054
"Sosial mediada yayılan videogörüntülərə görə, dünənki zəlzələdən sonra Səngəçalda Otman Bozdağ vulkanına yaxın ərazidə qala divarları üzə çıxıb".
Sfera.az xəbər verir ki, APA-nın sorğusuna cavab olaraq Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən verilən xəbərə görə, məlumatın həqiqi olub-olmamasını yoxlamaq üçün hazırda əraziyə mütəxəssis qrupu göndərilib.
"Əraziyə baxışdan sonra mətbuata əlavə məlumat veriləcək", - məlumatda vurğulanıb.