Kirayə yolu ilə neçə mənzil satılıb? – RƏQƏMLƏR

Kirayə yolu ilə neçə mənzil satılıb? – RƏQƏMLƏR

Kirayə yolu ilə mənzil sahibi olan şəxslərin sayı sürətlə artır. 


Sfera.az İpoteka və Kredit Zəmanət Fondunun məlumatlarına istinadən xəbər verir ki, bu ilin ilk 9 ayı ərzində 1092 mənzil kirayəyə verilməklə satılıb. 
Bununla da Azərbaycanda kirayə yolu ilə alınan mənzillərin sayı 4 035 ədədə çatıb. 


Xatırladaq ki, 2020-ci ildən kirayə yolu ilə mənzillərin satışı həyata keçirilir. Bu yolla 2020-ci ildə 413 ədəd, 2021-ci ildə 869 ədəd, 2022-ci ildə 1661 ədəd mənzil satılıb. 


Ümumilikdə, 2023-cü ilin oktyabrın 1-nə kimi 4 035 mənzil alınıb. 


Hazırda Bakı, Sumqayıt, Xırdalan şəhərlərində, Saray və Masazır qəsəbələrində yeni tikilən çoxmərtəbəli binalarda olan mənzillərin satışı həyata keçirilir. 
Qaydalara əsasən, kirayə yolu ilə mənzil almaq istəyən şəxs birillik kirayə haqqını öncədən ödəməlidir. Daha sonra isə hər ay kirayə haqqını verərək maksimum 25 ildən sonra mənzilin sahibinə çevriləcək. Kirayə yolu ilə mənzil satışının üstünlüyü ilkin ödəniş məbləğinin az olmasıdır. 


Vasif

 


OXŞAR XƏBƏRLƏR