Pislikdən təmizlənmək üçün “şeytan” yandırırlar – Qəribə Milad adətləri

Pislikdən təmizlənmək üçün “şeytan” yandırırlar – Qəribə Milad adətləri

Qvatemalada Milad şənliklərinə başlamaq və pis niyyətləri təmizləmək üçün ənənəvi şeytan yandırma tədbiri keçirilib.

 

Sfera.az xəbər verir ki, Qvatemala ənənələrinə görə, şeytan evlərdə tapılan köhnə əşyaların arasında gizlənir, buna görə də onları çıxarıb yandırmaq lazımdır.

 

Qvatemalalılar hər il dekabrın 7-də şeytan kuklasının müxtəlif dizaynlarını hazırlayırlar. Bu kuklalar müxtəlif ölçülərdə hazırlandıqdan sonra dəmir məftillərlə bərkidilir və qırmızı kağızla örtülür. Tez yanmaları üçün onların üzərinə tez alışan materiallar qoyulur. Onlar bu yolla özlərini şər qüvvələrdən qoruduqlarına inanırlar.

 

Ülkər


OXŞAR XƏBƏRLƏR