Müharibəni uduzacağı halda Zelenskiyə 3 QAÇIŞ PLANI təklif olunub - İDDİA

Müharibəni uduzacağı halda Zelenskiyə 3 QAÇIŞ PLANI təklif olunub - İDDİA

Zelenskinin Qərbə üç qaçış ssenarisi hazırlanıb.

 

Sfera.az bildirir ki, bu barədə Moskva Dövlət Universitetinin politoloqu Artyom Kosorukov “Life” nəşrinə açıqlamasında danışıb. O qeyd edib ki, Ukrayna lideri sözügedən planla çoxdan razılaşıb.

 

“Gələcəkdə Qərbin silah və pul tədarükünü dayandıracağı hamıya aydındır. Belədə Ukrayna münaqişədə məğlub olur və sülh imzalamağa hazırlaşır. Zelenski isə alternativ hava limanı axtarır. Onun bütün pulları artıq Qərbə aparılıb.  Məlum olub ki, ailəsi uzun müddətdir Avropa, Yaxın Şərq və Şimali Amerikada mülklər alıb. İndi isə ABŞ daha çox İsrailə kömək etməkdə maraqlıdır. Almaniya da mərmi çatışmazlığını etiraf edib. Baltikyanı ölkələr, prinsipcə, heç bir şəkildə kömək edə bilməz. Firkimcə, Finlandiyanın yardımı da  çox əhəmiyyətsizdir. Digər tərəfdən, general Valeri Zalujnı orduya 17 milyon mərmi ayrılmasını tələb edib, bu da bütün dünya ehtiyatlarını üstələyir. Ümumiyyətlə, Ukraynanın “iştahı” yaxşıdır. Bu gün ona mütəxəssislər və hərbi kadrlar hazırlamaq üçün 450 milyard dollar lazımdır”.

 

Ekspert bildirib ki, ukraynalı əsgərlər ordudan qaçmağa çalışır:  “Bu vəziyyətin sonu Ukrayna üçün yaxşı olmayacaq. Zelenskinin qaçması üçün isə artıq  üç ssenarinin olduğu güman edilir. Bunlardan biri xaricə səfər adı altında baş tuta bilər. Məsələn, o, danışıqlar üçün Qərb ölkələrindən birinə gedəcək və “gözlənilən sui-qəsd cəhdi haqqında məlumat var”, “filan ölkə müvəqqəti qoruma və sığınacaq verib”, “ABŞ (Britaniya) təhlükəsiz yerdə olmağı tələb edib” kimi söhbətlər fonunda orada qalacaq. Digər seçim - hərbi vəziyyət pisləşərsə, Zelenskinin Polşa ilə sərhəd yaxınlığındakı bunkerə köçəcəyi iddia edilir. Amma əslində o, gizli şəkildə NATO ölkəsinin sərhədini keçəcək. Kritik vəziyyətdə isə, məsələn, Ukraynada çevriliş və.s baş tutarsa, klassik evakuasiya olacaq”.

 

Günay


OXŞAR XƏBƏRLƏR