İsrail müharibəni bitirmək üçün 2 şərt TƏKLİF EDİB

Dünya
10:55 / 08.12.2023
9110
İsrailin Baş naziri Benyamin Netanyahunun sözçüsü Ofir Gendelman müharibəni bitirmək üçün iki şərt təklif edib.
Sfera.az xəbər verir ki, o, bu şərtləri irəli sürüb:
“HƏMAS-ın təslim olması və Qəzzada saxlanılan məhbusların azad edilməsi şərti ilə müharibəni dayandıra bilərik”.
Xatırladaq ki, Qəzzada həlak olan fələstinlilərin sayı son iki gündə 930 nəfər artaraq 17 min 177-yə çatıb. Hücumlarda həlak olan İsrail əsgərlərinin sayı isə 89-a yüksəlib.
Ülkər Abdurahmanlı