AZAL Bakı ilə Doha arasında uçuşlar həyata keçirəcək

Cəmiyyət
10:44 / 08.12.2023
9237
"Azərbaycan Hava Yolları" QSC (AZAL) dekabrın 10-dan Bakıdan Qətərin paytaxtı Dohaya uçuşlar həyata keçirəcək.
Sfera.az AZAL-a istinadən xəbər verir ki, aviareyslər həftədə iki dəfə — cümə axşamı və bazar günləri yerinə yetiriləcək.
Aviabiletləri aviaşirkətin rəsmi www.azal.az saytından, AZAL-ın kassalarından, akkreditə olunmuş agentliklərindən və ya mobil tətbiqi vasitəsilə əldə etmək mümkündür.