Üç nəfərin öldüyü hadisə ilə bağlı təsirli FAKT... - FOTO

Üç nəfərin öldüyü hadisə ilə bağlı təsirli FAKT... - FOTO

Dekabrın 5-də Şamaxı rayonu Göylər kəndi ərazisində 3 nəfərin ölümü ilə nəticələnən yol qəzası haqda bəzi məqamlar üzə çıxıb.

 

Sfera.az xəbər verir ki, hadisəni törədən 1994-cü il təvəllüdlü Tural Xaləddin oğlu Fərhadzadə qəzaya uğrayan “BMW” markalı avtomobili yeni alıbmış. O, hadisə baş verən gün Bakıdan atası və əmisi ilə birgə yeni aldığı avtomobili sənədləşdirmək üçün qeydiyyatda olduğu Ağsu rayonuna yola düşüb.

 

Onlar Ağsu rayonunda BDYPİ-nin 3 saylı rayonlararası qeydiyyat-imtahan və texniki baxış şöbəsinə gedərək avtomobili sənədləşdiriblər. Saat 16 radələrində isə Tural əmisi və atası ilə birgə Bakıya qayıtmaq üçün Ağsunun Bico kəndindən yola çıxıb. Lakin az sonra Şamaxının Göylər kəndi ərazisində avtomobil aşaraq qəzaya uğrayıb.

 

Nəticədə 29 yaşlı sürücü ilə birgə atası 1965-ci il təvəllüdlü Xaləddin Mətiyev və əmisi 1970-ci il təvəllüdlü Sadiq Mətiyev aldıqları xəsarətlərdən vəfat ediblər.

Fotoda: Tural Fərhadzadə

 


(Qafqazinfo)


OXŞAR XƏBƏRLƏR

Bu yollarda tıxac var - SİYAHI

Bakının bir sıra yollarında tıxac yaranıb.   Sfera.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. &n...

“Stomatoloq” “YouTube”un məsləhəti əsasında xəstələri müalicə edib

Çexiyada özünü diş həkimi kimi təqdim edən 22 yaşlı kişi və ailə üzvləri 2023-cü ildə Havliçku Brod şəhərində stomatoloji klinika açıblar. Fırıldaqçıların hekay...

Heç kim İranı nüvə yolundan döndərə bilməz – Araqçı

İsraillə 12 günlük müharibədən sonra Tehranın nüvə texnologiyalarına sadiqliyi daha da güclənib.   xəbər verir ki, bunu İranın xarici işlər naziri Ab...

BMT əməkdaşlarının bir hissəsini İrandan çıxarır

Birləşmiş Millətlər Təşkilatı təhlükəsizlik səbəbi ilə beynəlxalq əməkdaşlarının bir qismini və onların ailə üzvlərini müvəqqəti olaraq İrandan çıxarır. &nbs...

Dünyanın ən sirli yazısını oxuya bilənlərə 1 milyon dollarlıq mükafat veriləcək

Dünyada 7 mindən çox canlı dil var. Bununla belə, dillər illər keçdikcə yox olur. Bir dildə danışan insanların sayının azalması və yeni nəslin bu dili öyrənməmə...

Bred Pitt gələcək həyat yoldaşı ilə ictimaiyyət qarşısında - FOTOLAR

61 yaşlı Hollivud aktyoru Bred Pitt özündən təxminən 30 yaş kiçik sevgilisi İnes de Ramonla ictimaiyyət qarşısına çıxıb.   Sfera.az bildirir ki, cütl...