Həkim xəstəsini gizli şəkildə necə hamilə edib?

Həkim xəstəsini gizli şəkildə necə hamilə edib?

Pasiyentlərdən biri həkim Kristofer Gerndonu onun razılığı olmadan öz sperması ilə hamilə qoymaqda ittiham edib. Bundan sonra həkimin lisenziyası əlindən alınıb və işdən qovulub.


Sfera.az bildirir ki, qadın DNT testi keçirib və uşaqlarının eyni ataya sahib olmadığını öyrənincə şoka düşüb.


Kaliforniya Xalq Sağlamlığı Departamentinin ittihamlarına görə, hadisə 2009-cu ildə Gerndon yerli xəstəxanada reproduktiv tibblə məşğul olarkən baş verib.


Zərərçəkmiş “Xəstə A” (sənədlərdə adı belə qeyd olunur) həkimdən ikinci hamiləliyi üçün ilk doğuş zamanı müraciət etdiyi donorun spermasından istifadə etməyi xahiş edib. Ancaq həkim başqa cür qərar verib.


Qadın 2010-cu ildə uşaq dünyaya gətirib. Daha sonra o, DNT testi edib və övladlarının fərqli ataya sahib olduğunu görəndə şoka düşüb.


İyun ayında aldadılmış xəstə topladığı bütün sənədləri Vaşinqton Tibb Şurasına təqdim edib. Bundan sonra Gerndonun lisenziyasını könüllü olaraq təhvil verməsi tələb olunub.


Həmin şəxsin 2017-ci ildən xəstəxanada mamalıq və ginekologiya kafedrasının dosenti və həkim kimi çalışdığı bildirilir. Həkim sentyabr ayında təqaüdə çıxıb. O, artıq həkimliyə davam etdirmək və ya lisenziyasını bərpa etmək hüququna malik deyil.



Ona qarşı cinayət işi də açıla bilər, çünki Kaliforniya ABŞ-ın "məhsuldarlıq fırıldaqçılığı" qanunu olan bir neçə ştatından biridir. Belə ki, sənədə əsasən, reproduktiv materialdan razılıq formasında nəzərdə tutulmayan məqsədlər üçün istifadə etmək qadağandır.


Aynil
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR