Əlil uşaqları qaz kameralarında öldürən və cəsədlərini yandıran vəhşi nasist proqramı - T4

Əlil uşaqları qaz kameralarında öldürən və cəsədlərini yandıran vəhşi nasist proqramı - T4

Ağrısız ölüm. Yaxud gələcək həyatı ümidsiz olan və ya müalicəsi mümkün olmayan bir xəstəni ağrısız, iztirabsız öldürmək.


Bu tərif lüğətlərdə göründüyü kimidir. Lakin alman nasistləri üçün “evtanaziya” anlayışı çox fərqli mənaları olan bir ölüm formasıdır.


Hətta azyaşlı əlil uşaqları qaz kameralarında zəhərləyərək öldürmək, sonra isə yandırmaq deməkdir.


T4 proqramı bu sonsuz öldürmə aksiyasının adıdır.


Sfera.az nasistlərin ən vəhşi proqramlarından biri haqqında məlumat verir.


Bu dəfə T4 proqramı yəhudilərin, qaraçıların və digər etnik mənşəlilərin deyil, üstün alman irqinin gələcəyini təmin etmək məqsədi daşıyırdı. Bu, əqli və fiziki qüsurluların, qocaların, irsi xəstəlikləri olan uşaq-böyüklərin, bir sözlə, “çürük” olan hər bir insanın məhvinə əsaslanan nasist proqramıdır.


Proqramın nasist Almaniyası tərəfindən necə həyata keçirildiyi hekayəsi də kifayət qədər maraqlıdır. 1939-cu ildə Gerhard Kretschmar adlı fiziki qüsurlu uşaq dünyaya gəldikdən sonra uşağın valideynləri övladını öldürmək istəklərini birtəhər Almaniya hökumətinə çatdırdılar və Hitler bu işə çox təcrübəli həkimlər təyin etdi.
 

Bu ölüm Tiergartenstrasse 4 adlı evdə baş verir və daha sonra, bir qətl əməliyyatının adına çevrilir.


Məqsəd Saf Alman irqi yaratmaq idi


Proqram Almaniyada və Almaniyanın işğal etdiyi yerlərdə xəstəxanalarda əlillərin gizli şəkildə öldürülməsinə əsaslanırdı, həm də nasist Almaniyasının ilk kütləvi qətl siyasəti idi.
 

Avropa yəhudilərinin soyqırımını planlaşdıranlar kimi, “evtanaziya” proqramının təşkilatçıları da irqi cəhətdən təmiz bir cəmiyyət nəzərdə tuturdular. Onlar öz baxışlarına uyğun gəlməyənləri aradan qaldırmaq üçün radikal strategiyalar qəbul etmişdilər.


Ölüm sıraları


Alman hökuməti 1939-cu ilin ortalarında xəstəxana işçilərindən üç yaşından kiçik əlil yeni doğulmuş körpələr barədə məlumat vermələrini tələb edən bir bəyanat yaydı. 1939-cu ilin sonlarında əlil uşaqların valideynlərini uşaqlarını klinikada qoymağa təşviq edən nəşrlər hazırlandı.
 

Amma həqiqət çox fərqli idi. Məqsəd uşaqlara daha yaxşı qulluq etmək və ya sağaltmaq deyildi. Klinikalar, xüsusilə gənc xəstələri öldürücü dozalarda dərmanlar verməklə və ya aclıqdan öldürən tibbi personalın işə götürüldüyü ölüm palataları idi.


Proqramın bir günü
 

Uşaqları qrup halında bağçaya aparırdılar. Uşaqlardan biri maraqla baxıcısına tərəf qaçır: “Hara gedirik”? “Cənnətə”-deyə baxıcı gözlərindəki yaşları gizlədərək cavab verir.
 

Uşağın gözləri parıldayırdı, çünki baxıcının daim oxuduğu xoşbəxt sonluqla bitən nağılları xatırlayırdı. Bu xəbəri dostlarına deməliydi. Qaça-qaça: “Biz cənnətə gedirik”deyə dostlarını müjdələyir. Sevinclə mahnı oxumağa başlayıb, sevinclə avtobuslara mindilər.
 

Onlar Hadamar İnstitutuna çatanda əlil uşaqlar maşınlardan çıxarıldı. İçəri girən kimi səlahiyyətlilərdən biri “duşlara”, “hamı tez paltarını çıxarsın” deyə qışqırdı. "Əllərinizi qaldırın"qışqırdı yenə eyni səs. Nə qədər çox insan uyğun gəlsə, iş bir o qədər tez bitərdi...

Qaz kameraları, kremasiyalar
 

Əvvəlcə yalnız uşaqları öldürmək məqsədi daşıyan qırğınlar sonlara doğru genişlənərək 17 yaşlı gəncləri də əhatə etdi. 1939-cu ilin sonunda Hitler proqramda iştirak edən personalı təqibdən qoruyan gizli icazə sənədi imzaladı. Beləliklə, qırğını törədənləri öz himayəsinə götürmüş oldu.

Qurbanlar, böyüklər və uşaqlar bu mərkəzlərə gəldikdən bir neçə saat ərzində duş kabinələri kimi kamuflyaj edilmiş qaz kameralarında təmiz karbonmonoksit qazından istifadə edilərək öldürüldülər. Proqramda iştirak edən şəxslər cəsədləri yandırıblar.
 

Daha sonra işçilər yandırılmış qurbanların küllərini böyük bir qalaqdan götürərək qondarma ölüm səbəbi ilə bağlı sənədlə birlikdə qohumlarına göndərmək üçün qablara qoyublar.


200.000 İnsanın ölümünə səbəb oldu
 

Qırğın mediada və ictimaiyyətdə işıqlandırıldığı üçün Hitler 1941-ci ilin ortalarında proqramın dayandırılmasını əmr etdi. Amma bütün bunlara baxmayaraq, evtanaziya proqramı gizli şəkildə davam edirdi.
 

Alman rəsmiləri indi qaz kameraları ilə yanaşı, öldürücü inyeksiya və aclıqdan işgəncə verməyi daha çox adi hala gətirdilər. Bu yollarla çoxlu insan öldürüldü.
 

Qətllər müharibənin son gününə qədər davam etdi. Yaşlı xəstələr, bombardman qurbanları və məcburi işlədilən əcnəbiləri əhatə etdi. Tarixçilər hesab edirlər ki, “evtanaziya” proqramı bütün mərhələlərində 200.000 insanın həyatına son qoyub.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Beyons konsert çıxışı zamanı qadağan olunmuş jest etdi

43 yaşlı amerikalı müğənni Beyons Texas-Ravensdə Milad ərəfəsində çıxış edib. Çıxışı zamanı o barmaqları ilə NFL-də qadağan edilən tapança jesti edib. Sfer...

ABŞ-ın bu şəhərində bir qanun sayəsində cinayət nisbəti demək olar ki, tamamilə sıfıra enib

Amerikanın Corciya ştatında yerləşən Kennesaw şəhərinin sakinləri silahlarla bağlı özünəməxsus qanunvericiliyə malikdirlər. Sfera.az bildirir ki, bu qanun bü...

Baqajdan tapılan qorilla balası müsadirə edildi - VİDEO

İstanbul hava limanında qəribə qaçaqmal aşkarlanıb. Gömrük işçisi yükə baxış keçirən zaman mayka geyinmiş qorilla balası aşkar edib. Körpə hava üçün deşikləri o...

Səmada 88 bürcün şəkilləri dərc edilib - FOTO

Milli Optik və İnfraqırmızı Astronomiya Rəsədxanası NOIRLab Beynəlxalq Astronomiya İttifaqı tərəfindən tanınan bütün 88 bürcün şəkillərini dərc edib.   ...

Gizli xərçəngin üç əsas əlaməti açıqlanıb

İlkin mərhələdə bağırsaq xərçəngi praktiki olaraq heç bir simptom olmadan baş verir. Sfera.az xəbər verir ki, bunu onkoloq cərrah Elena Smirnova deyib. Hək...

Direktor müavini: Yaralılarından biri reanimasiyaya yerləşdirilib

Qazaxıstanın Mangistau regional xəstəxanasından Bakıdakı Yeni Klinikaya gətirilmiş 14 yaralıdan biri reanimasiyaya yerləşdirilib.   Sfera.az xəbər ve...