“Prezidentimizin sürprizi ilə çox xoşbəxt oldum” - Hüseynin anası

Cəmiyyət
22:13 / 07.12.2023
6189
Xəbər verdiyimiz kimi, Azərbaycan ilə Ermənistan arasında hərbçilərin qarşılıqlı surətdə azad edilməsi barədə razılıq əldə olunub. Razılığa əsasən, hazırda Ermənistanın əsir kimi saxladığı azərbaycanlı hərbçilər-Bəbirov Aqşinlə Axundov Hüseyn azad ediləcək.
Sfera.az xəbər verir ki, “Qafqazinfo” bu münasibətlə Hüseyn Axundovun anası Şəlalə Axundova ilə əlaqə saxlayıb.
Şəlalə xanım sevinc göz yaşlarını saxlaya bilməyib:
“Gözümüz aydın. Prezidentimizin sürprizi ilə çox xoşbəxt oldum. Onun sürprizi dünənki ömürlük həbs cəzasından sonra bizə çox böyük hədiyyə oldu. Dövlət başçımıza çox minnətdarıq. Allah onu başımızdan əskik etməsin”.