Yas mərasimində yaralanan şəxs hələ də komadadır

Yas mərasimində yaralanan şəxs hələ də komadadır

Bərdədə yas mərasimi zamanı baş verən bədbəxt hadisədə xəsarət alan şəxslərdən biri Abdullayeva Aidə Novruz qızı hələ də reanimasiyadadır.

 

Sfera.az xəbər verir ki, bu barədəa- onun yaxınları məlumat verib.

 

Bildirilib ki, bədbəxt hadisə zamanı ağır xəsarət alan Aidə Abdullayeva ilk olaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, daha sonra onu Gəncə şəhərindəki ixtisaslaşmış xəstəxanalardan birinə köçürüblər. Orada ətraflı müayinələr aparıldıqdan sonra o, yenidən Bərdə Rayon Mərkəzi Xəstəxanasına qaytarılıb. Hələ də komada olan şəxs hazırda reanimasiyadadır.

 

Qeyd edək ki, noyabr ayının 23-də Bərdə rayonunun Yeni Daşkənd kəndində yas mərasimi zamanı evin ikinci mərtəbəsinin döşəməsi çöküb. Hadisə nəticəsində bir nəfər - Məmmədova Sarıtel Abbasəli qızı dünyasını dəyişib, 30 - dan çox insan müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan Abdullayeva Aidə Novruz qızı ağır xəsarət alıb. (Report)


OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...