Zəlzələ limanlardakı iş prosesinə təsir edib?

Cəmiyyət
19:15 / 07.12.2023
5839
Bu gün ölkə ərazisində baş vermiş zəlzələ limanlarda yük əməliyyatlarına, gəmilərin giriş-çıxışına və iş prosesinə təsir etməyib.
Sfera.az xəbər verir ki, bu barədə Dövlət Dəniz və Liman Agentliyi (DDLA) məlumat yayıb.
Bildirilib ki, hazırda limanlarda iş prosesi gücləndirilmiş rejimdə həyata keçirilir.
Agentliyin mütəxəssisləri də dəniz üzgüçülüyünün təhlükəsizliyinin təmin olunması istiqamətində mütəmadi olaraq limanlarla məlumat mübadiləsi aparır və informasiyaları diqqətlə izləyir.