Zəlzələ zamanı məktəbdə çəkilən görüntü GÜNDƏM OLDU - VİDEO

Cəmiyyət
17:35 / 07.12.2023
9043
Bakıda məktəblərdən birində lentə alınan və sosial şəbəkədə paylaşılan video marağa səbəb olub.
Sfera.az xəbər verir ki, Buzovna qəsəbəsində yerləşən 206 nömrəli məktəbdə səhər saat 08:16 radələrində olan zəlzələ zamanı şagirdlər həyətə çıxarılıb.
Balacalar qorxmasın deyə, məktəbin həyətində mahnı səsləndirilib. Uşaqlar isə orada rəqs etməyə başlayıblar.
Qeyd edək ki, bu gün səhər saat 08:16-da Bakıda 5,6 bal gücündə zəlzələ olub.