"Sədərək" Ticarət Mərkəzi BAĞLANIR?

“Sədərək” Ticarət Mərkəzi bağlana və ya başqa adla digər ticarət mərkəzlərindən birinin nəzdində fəaliyyət göstərə bilər.

 

Sfera.az olke.az-a istinadən xəbər verir ki, ötən gün Fövqəladə Hallar Nazirliyinin yanğın nəzarəti və yanğından mühafizə xidməti qurumlarının “Sədərək”də keçirdiyi yanğın təhlükəsizliyi təlimi zamanı ciddi nöqsanların aşkarlanması bu ehtimalı gücləndirib.

 

Bundan əlavə, azərbaycanlı alıcıların “Trendyol” vasitəsilə onlayn alış-verişə üstünlük verməsi nəticəsində bazarda satışların azalması ilə bağlı məlumatlar da sadalanan səbəblər arasındadır.

 

Yayılmış iddialarla bağlı “Sədərək” TM-in sözçüsü Kəmaləddin Qədim məlumatların həqiqətə uyğun olmadığını deyib:

 

“FHN-in burada xüsusi bölməsi də fəaliyyət göstərir. Sadəcə olaraq təlim keçirilib. Bu da həmişə olan bir məsələdir. Ticarət mərkəzi böyük bir ərazini əhatə edir, onminlərlə mağaza, 30-40 mindən artıq sahibkar, işçi var. Bu boyda yeri kim bağlayacaq?! Yayılmış məlumatların heç bir məntiqi və əsası yoxdur. 

 

“Sədərək” TM-in bağlanacağı ilə bağlı əvvəllər də dəfələrlə məlumatlar yayılıb. Heç bir əsası olmayan məlumatlardır”. 

 

Ticarət mərkəzinin sözçüsü vətəndaşların xarici ölkələrdən onlayn alış-verişə üstünlük verməsinə görə satışların azalması barədə deyilənlərə də münasibət bildirib:

 

“Belə bir məsələ yoxdur. Əslində, bu, kiçik bir detaldır. Onlayn yolla Türkiyədən, başqa ölkələrdən mal alanlar az bir qisimdir. “Sədərək” TM o qədər böyük bir ərazidir ki, təkcə Bakını əhatə etmir. Azərbaycanın bütün rayonlarından bura gəlib mal alırlar, rayonlarda, kəndlərdə satışı təşkil olunur. “Trendyol”dan mal alanların bura cüzi bir təsiri ola bilər. Dediyim kimi, kiçik bir şeydir, bizə güclü təsir göstərmək imkanında deyil”.


OXŞAR XƏBƏRLƏR

Bu qida altsheymer xəstəliyinə tutulma riskini AZALDIR - Həftədə 1 dəfə...

Yumurta Altsheymer xəstəliyinə tutulma riskini azaldan qidalardan hesab olunur.   Sfera.az xəbər verir ki, həftədə 1 dəfə yumurta yeyən insanlarda a...

Elm və Təhsil Nazirliyinin kollektivi Zəfər parkını ziyarət etdi - FOTOLAR

Sentyabrın 27-də Elm və Təhsil Nazirliyinin kollektivi Anım Günü ilə əlaqədar Zəfər parkında olub.   Sfera.az xəbər verir ki, parkın girişindəki xati...

Xətaidə boya sexindəki güclü yanğın məhdudlaşdırıldı

Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Xətai rayonu, Süleyman Əhmədov küçəsində yerlə...

AFFA məşqçini cəzalandırdı

MOİK klubunun məşqçisi Musa Rəhimovu 5 oyunluq cəzalandırılıb.   Sfera.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb. Bildirili...

4 167 Vətən müharibəsi iştirakçısına əlillik təyin edildi

Postmüharibə dövründə 4 167 Vətən müharibəsi iştirakçısına əlillik təyinatı aparılıb.   Sfera.az xəbər verir ki, bu barədə Dövlət Tibbi-Sosial Eksper...

Vüsalə Əlizadə "Xəzər" TV yaxınlığındakı yanğından YAZDI: "Partlayış təhlükəsi var, bizi..." - VİDEO

Bakının Xətai rayonunda baş verən güclü yanğınla bağlı "Xəzər" TV-də təxliyə işləri həyata keçirilir.   Sfera.az xəbər verir ki, ...