Tramp Ərdoğanı təriflədi: "Qızım sizi sevir"
Dünya
17:57 / 11.11.2016
1122
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla ABŞ-ın yeni seçilmişı prezidenti Donald Tramparasındakı telefon danışıqlarının detalları yayılıb.
Sfera.az publika.az-a istinadən bildirir ki, danışığın çox səmimi və müsbət keçdiyi deyilir.
Tramp Ərdoğana "sizə çox böyük hörmətim var" deyə bildirib: "Ölkəniz üçün çox yaxşı işlər həyata keçirmişiniz. İvanka (Trampın qızı) da yanımdadır, bağlantını o qurdu. Sizin böyük tərəfdarınız və heyranınızdır. Sizi sevir".
Telefon söhbətində İŞİD, FETÖ lideri Fətullah Gülən, PYD və Mosul məsələsi müzakirə edilib, liderlər bu məsələlərdə qarşılıqlı əməkdaşlığın vacibliyini vurğulayıblar.