Öz dövlətinə xəyanət edən keçmiş deputat ölü tapıldı

Öz dövlətinə xəyanət edən keçmiş deputat ölü tapıldı

Ukraynanın keçmiş deputatı İlya Kiva Moskvada yerləşən elit komplekslərin birində ölü tapılıb.
 

Sfera.az xəbər verir ki, Rusiya mətbuatı hadisənin arxasında Ukrayna Təhlükəsizlik xidmətinin olması barədə ehtimallar irəli sürüb. Keçmiş deputatın ölümü barədə bir neçə saat əvvəl internetdə məlumat verilib. Kivanın bədənində qan və göyərmə izləri olub.
 

Rusiya mətbuatı Ukraynaya xəyanət edən şəxsin qapalı yerdə deyil, parkın ortasındakı qarın içində tapıldığını qeyd edib. Onun güllə yarası alıb-almadığı hələ dəqiq məlum deyil, ancaq bədənində kəsilmiş-deşilmiş yaralar olduğu bildirilir.


Anonim mənbələrin mətbuata verdiyi məlumata görə, keçmiş deputatın gicgahında kəsilmiş yara və bədənində qançırlar var.
 

Qeyd edək ki, Kivanın qaldığı “Velich Country Club”da bir otağın minimum qiymətinin təxminən 11 min rubl olduğu bildirilir. Bu qiymətə SPA-da dincəlmək, hovuzda üzmək, tennis, boulinq və bilyard oynamaq daxildir. İlya Kivanın burada nə etdiyi hələ məlum deyil.


Qeyd edək ki, Kivanın ölüm xəbərini bu gün günortadan sonra Rusiya mediası yayıb. Bundan sonra məlumatı Ukrayna mənbələri də təsdiqləyib. Xüsusilə, “Babel” nəşri öz mənbələrinə istinadən bildirib ki, keçmiş deputatın ölümünün arxasında Ukrayna Təhlükəsizlik Xidmətinin dayanması ehtimalı var.


Kiva, 2022-ci ildə Rusiya ilə müharibə başlayandan sonra Rusiya lehinə fəal şəkildə çıxış edən OPZZh partiyasının xalq nümayəndəsidir. Onun barəsində dövlətə xəyanətdə şübhəli bilinərək cinayət işi açılıb. Deputat qiyabi olaraq 14 il müddətinə azadlıqdan məhrum edilib.


Kiva son günlərinə qədər rus işğalını dəstəkləyən bəyanatlar verib. Noyabrın 27-də o, Ukrayna prokurorluğuna müraciət edərək, prezident Vladimir Zelenskini müharibəni uzatmaqda ittiham etmək istəyib. Son dəfə isə dekabrın 6-da o, Zelenskini hədələyib.

 

Xanım

Sfera.az


OXŞAR XƏBƏRLƏR