Başqa qızla foto çəkdiyinə görə sevgilisini maşınla sürüdü

Başqa qızla foto çəkdiyinə görə sevgilisini maşınla sürüdü

İngiltərədə gənc qız sevgilisini maşınla vurub. Vurulmadan bir neçə saat əvvəl oğlan xeyriyyə aksiyasında tanımadığı qızla şəkil çəkdirib. Sevgilisini də qəzəbləndirən məhz bu olub.


Sfera.az bildirir ki, Elis Vud münasibətdə olduğu Rayan Uotsonu öldürməkdə ittiham olunur. İttiham tərəfi iddia edir ki, qız “Ford Fiesta” ilə oğlanı vurub və onu 158 metr boyunca sürüyüb.


Hadisə keçən il onların Rhode Heath şəhərindəki evlərinin yaxınlığında baş verib.


Sevgililər Headway xeyriyyə təşkilatının 60 illik yubiley gecəsində iştirak ediblər. Uotson bu təşkilatda köməkçi işləyib.


Şənliyə anası ilə qatılan Tiffany Ferriday cütlüklə eyni masada əyləşib. O, əvvəllər bir neçə dəfə görüşdüyü Uotsonu çox xoşbəxt və şən oğlan kimi təsvir edib. Qısqanclığa səbəb olan qadın məhz Tiffany olub.


"Ryan masamızın mərkəzində əyləşmişdi. O, bizim hamımızla rəqs edir, hamını işə cəlb edirdi. Elis, deyəsən, heç bir işdə iştirak etmirdi” - deyə bildirib.
 

Şahid onu da bildirib ki, gecənin çox hissəsini Uotsonun sevgilisinin ona baxdığını hiss edib.


Tiffanini məclisi Ryan və Elisdən qabaq tərk etdiyini, lakin axşam saat 23:00-dan sonra Ry adlı İnstaqram hesabından üç buraxılmış zəng aldığını deyib. O, sonradan bu hesabın Ryanın instagram hesabı olduğunu öyrəndiyini deyib. İfadə verərkən göz yaşlarına boğulan şahid geri zəng etməyə çalışdığını, lakin cavab verilmədiyini deyib.


Yaxınlıqda yaşayan digər şahid Rebecca Callister məhkəməyə bildirib ki, o, təxminən saat 23.30 radələrində metal cırıltısı ilə oyanıb və pəncərədən baxanda maşında kiminləsə mübahisə edən bir adam görüb. Onun sözlərinə görə, o, maşının oğlana doğru irəliləməyə başladığını görüb.
 

"Bu, sanki qorxutmaq üçün edilən kimi görünürdü".
 

İttiham tərəfi Elisin özünü itirdiyini və Ryanı “Ford Fiesta” ilə 158 metr sürüyərək öldürdüyünü iddia edir. Elis isə qətli inkar edir. Məhkəmə hələ də davam edir.

 

Aynil


OXŞAR XƏBƏRLƏR