Bakıda avtobus yaşayış evinin üstünə çıxdı - VİDEO

Hadisə
22:30 / 06.12.2023
9929
Bu gün Bakının Günəşli qəsəbəsində qeyri-adi yol-nəqliyyat hadisəsi baş verib.
Sfera.az xəbər verir ki, 46 saylı marşrut xətti ilə hərəkət edən sərnişin avtobusunun sürücüsü idarəetməni itirib.
Nəticədə avtobus yol kənarında yamacda yerləşən yaşayış evlərinin üzərinə çıxıb.
Hadisə zamanı ölən və xəsarət alanlar barədə hələlik məlumat yoxdur.