Məşhur porno aktrisası sevgilisindən 1 ay sonra vəfat etdi

Məşhur porno aktrisası sevgilisindən 1 ay sonra vəfat etdi

Britaniyanın məşhur porno aktrisası 36 yaşında vəfat edib.



Sfera.az bildirir ki, ilkin məlumata görə Sofi Andersonun ürəyi dayanıb. Ancaq ölümün səbəbinin dəqiq nədən ibarət olduğu məlum deyil.
Rəfiqəsi Rebecca More İnstaqram səhifəsində bu barədə məlumat verib.


More Sofinin həmişə mehriban, gözəl insan olduğunu bildirib. Moreyə görə, Sofi xarici görkəmində hədsiz görünsə də, əslində çox mülayim olub.


Qeyd edək ki, iki həftə əvvəl porno aktrisanın sevgilisi, keçmiş futbolçu Oliver Speddinqin ölümü ilə bağlı xəbərlər yayılmışdı. Futbolçu 34 yaşında olub. Onun da ölümünə nəyin səbəb olduğu məlum deyil. Futbolçu uğursuz karyerası ucbatından, sevgilisi ilə tanış olduqdan sonra porno sahəsinə qatılıb.


Qeyd edək ki, mərhum Andersonun plastik əməliyyat həvəskarı olub. Qadının qeyri-təbii döş forması var idi və xarici görünüşündə başqa dəyişikliklər də edib. 2022-ci ildə aktrisa qan zəhərlənməsi ilə xəstəxanaya yerləşdirilib. Daha sonra aktrisanın sinəsindəki implantlardan birinin partladığı məlum olub. O, bir neçə çətin əməliyyat keçirməli olub.


İnternet həm də cütlüyün LGBT+ icmasının tərəfdarları olduqları və HİV-ə yoluxmuş insanlara dəstək verən təşkilatlar üçün tez-tez xeyriyyə vəsaitlərinin toplanması ilə məşğul olduqları barədə məlumatlarla doludur. Xüsusilə, Sofi və Oliverin cinsi sağlamlıq problemləri və HİV diaqnozu olan insanlara dəstək verən “Terrence Higgins” Fonduna tez-tez maddi yardım etdiyi məlumdur.

 

Aynil

 


OXŞAR XƏBƏRLƏR