“Poroşenko mənə baş nazir postu təklif edib”

“Poroşenko mənə baş nazir postu təklif edib”

Odessanın eks-qubernatoru Mixail Saakaşvili Ukrayna prezidenti Petro Poroşenkonun ona baş nazir postu təklif etdiyini deyib.
Sfera.az "Qafqazinfo”a istinadən xəbər verir ki, Saakaşvili bildirib ki, prezident ona açıq şəkildə baş nazir postunu və partiyasının lideri olmağı təklif edib:
"Tutaq ki, mən baş nazir olacaqdım, bəs sonra? Mən hansısa Qonçarenkonun (deputat-red.) dalınca qaçmalı və yeni qanun layihəmə səs verməsini xahiş edəcəkdim? Qonçarenko kimilərindən isə Radada 400-dür və mən onlara əvəzində nə isə təklif etməsəydim səs verməyəcəkdilər”.
Xatırladaq ki, Saakaşvili həftənin əvvəli hökumətin korrupsiya ilə mübarizə aparmaq niyyətində olmadığını əsas gətirərək istefa vermişdi. O, həmçinin Poroşenkonu regiondakı cinayətkar klanları himayə etməkdə ittiham etmişdi.


OXŞAR XƏBƏRLƏR