Mədəkiçiltmə əməliyyatından sonra ölən Vüqarla bağlı - YENİ XƏBƏR

Mədəkiçiltmə əməliyyatından sonra ölən Vüqarla bağlı - YENİ XƏBƏR

AzTV-nin əməkdaşı Vüqar Rəsulovun mədəkiçiltmə əməliyyatından sonra vəfat etməsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

 

Sfera.az xəbər verir ki, bununla bağlı 24 yaşlı Vüqarın dostları ailəyə istinadən məlumat veriblər.

 

Onlar bildiriblər ki, ilkin məlumata əsasən, Vüqar xəstəxanadan evə buraxıldıqdan sonra xeyli miqdarda su içib, bundan sonra vəziyyəti ağırlaşıb: 

 

“Ailəsi deyir ki, həkim göstərişi ilə yeməyi və suyu kiçik həcmdə qəbul etməli idi. Lakin Vüqar əməliyyatdan sonra, evdə valideyninə susadığını bildirib və çoxlu miqdarda maye qəbul edib.

 

Mədənin yeni əməliyyat edildiyini nəzərə alaraq çoxlu su içməsinin ardınca Vüqarın halı pisləşib. Valideyninin dediyinə görə, təcili tibbi yardım briqadası evə çağırılıb, lakin, o, xəstəxanaya aparılarkən dünyasını dəyişib”.

 

Ötən gün vəfat edən Azərbaycan Televiziya və Radio Verilişləri QSC-də sürücüsü 24 yaşlı Vüqar Rəsulov bu gün Şəki rayonunda dəfn edilib. (Qafqazinfo)


OXŞAR XƏBƏRLƏR

Bu qida altsheymer xəstəliyinə tutulma riskini AZALDIR - Həftədə 1 dəfə...

Yumurta Altsheymer xəstəliyinə tutulma riskini azaldan qidalardan hesab olunur.   Sfera.az xəbər verir ki, həftədə 1 dəfə yumurta yeyən insanlarda a...

Elm və Təhsil Nazirliyinin kollektivi Zəfər parkını ziyarət etdi - FOTOLAR

Sentyabrın 27-də Elm və Təhsil Nazirliyinin kollektivi Anım Günü ilə əlaqədar Zəfər parkında olub.   Sfera.az xəbər verir ki, parkın girişindəki xati...

Xətaidə boya sexindəki güclü yanğın məhdudlaşdırıldı

Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Xətai rayonu, Süleyman Əhmədov küçəsində yerlə...

AFFA məşqçini cəzalandırdı

MOİK klubunun məşqçisi Musa Rəhimovu 5 oyunluq cəzalandırılıb.   Sfera.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb. Bildirili...

4 167 Vətən müharibəsi iştirakçısına əlillik təyin edildi

Postmüharibə dövründə 4 167 Vətən müharibəsi iştirakçısına əlillik təyinatı aparılıb.   Sfera.az xəbər verir ki, bu barədə Dövlət Tibbi-Sosial Eksper...

Vüsalə Əlizadə "Xəzər" TV yaxınlığındakı yanğından YAZDI: "Partlayış təhlükəsi var, bizi..." - VİDEO

Bakının Xətai rayonunda baş verən güclü yanğınla bağlı "Xəzər" TV-də təxliyə işləri həyata keçirilir.   Sfera.az xəbər verir ki, ...