Hadrutda söküntü işləri aparılacaq

Cəmiyyət
19:42 / 06.12.2023
13723
Xocavənd rayonunun Hadrut qəsəbəsinin tikintisi məqsədilə söküntü işləri aparılacaq.
Sfera.az bu barədə Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, qurum artıq bununla bağlı hazırlıq işlərinə başlayıb. Söküntü işləri ilə yanaşı şaquli planlaşdırma işləri də aparılacaq. Bütün bu işlərə 2 milyon manat xərclənməsi planlaşdırılır.