Bu şəxslərə tütün məmulatı satanlar cərimələndi

Bu şəxslərə tütün məmulatı satanlar cərimələndi

Biləsuvarda yetkinlik yaşına çatmayanlara tütün məmulatı satılması halları aşkar edilib.

 

DİN-in Mətbuat Xidmətindən Sfera.az-a verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində keçirilən tədbirlər nəticəsində rayon ərazisində 5 mağazada satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatları satması aşkar edilib.

 

Həmin satıcılar barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu və energetik içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) inzibati tənbeh tədbiri tətbiq olunub.

 

Bundan əlavə, şöbə əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsi və ya könüllü təhvil verilməsinin təmin olunması istiqamətində keçirilən tədbirlər nəticəsində daha 2 nəfər rayon sakini müvafiq sənədləri olmadan qanunsuz saxladıqları müxtəlif markalı ov tüfənglərini polis əməkdaşlarına könüllü olaraq təhvil veriblər.

 

Bu istiqamətdə tədbirlər davam etdirilir.


OXŞAR XƏBƏRLƏR

Qışa hazırlıq faciəyə çevrilməsin: Ev konservləri ilə bağlı təhlükə siqnalı

Payızın yaxınlaşması ilə həm qida sənayesində, həm də ev şəraitində pomidor pastası və konserv məhsullarının istehsalı intensivləşib. Bir çox insan yayda yetişə...

Mərkəzi Parkda böyük süni gölyaradılacaq

Hazırda Mərkəzi parkın ərazisi təxminən 36 hektar təşkil etsə də, parka metronun "Nizami" stansiyasının ətrafında 21 hektara yaxın ərazi də əlavə olun...

Gəncə şəhər stadionunda bədbəxt hadisə- İşçi öldü

Gəncə şəhər stadionunda bədbəxt hadisə baş verib.   Sfera.az xəbər verir ki, tikintisi aparılan mərkəzi stadionda ölüm faktı qeydə alınıb.   ...

Yasamalda restoranda nöqsanlar aşkarlandı

Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, 5 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Faiq Mənsim oğlu Heydərova məxsus "İzmir" restoranında plandank...

"Kişilik bahalı kostyum geyinmək deyil"

"Bu günlərdə üç böyük kişini yola saldıq… Atamı, ardınca böyük yazıçı Elçin Əfəndiyevi və muğam sənətimizin dirəyi Arif Babayevi… Üç fər...

Qatarla gedənlərin nəzərinə: Bu gün və sabah reyslər ləğv edilir!

Bakı-Keşlə sahəsində dəmiryol infrastrukturunda aparılan təmir işləri ilə əlaqədar olaraq, avqustun 8-də Abşeron dairəvi dəmir yolu marşrutu üzrə səhər və axşam...