Kim Çen In göz yaşlarını saxlaya bilmədi, gündəm oldu - FOTO 

Kim Çen In göz yaşlarını saxlaya bilmədi, gündəm oldu - FOTO 

Şimali Koreya lideri Kim Çen Inın son görüntüləri müzakirə obyekti olub.

 

Sfera.az bildirir ki, ölkə başçısı çıxışı zamanı ağlayıb.

 

Belə ki, o, Şimali Koreyadakı aşağı doğum nisbətinə diqqət çəkərək, qadınları daha çox uşaq dünyaya gətirməyə çağırıb.

 

“Doğum nisbətlərinin azalmasının qarşısını almaq, uşaqlarımıza yaxşı baxım və təhsil vermək bizim əsas problemimizdir. Bunu birlikdə həll etməliyik. Ölkəni gücləndirmək üçün daha çox uşaq dünyaya gəlməlidir”, - Şimali Koreya lideri göz yaşlarını saxlaya bilməyib.

 

 

O, həmçinin anaları gözləyən bəzi sosial vəzifələrin olduğunu da vurğulayıb.

 

Qeyd edək ki, beynəlxalq sanksiyalar və iqtisadi böhran səbəbindən ərzaq və dərman təminatında çətinliklər yaşanan Şimali Koreyada doğum səviyyəsi azalıb.

 

Türkan


OXŞAR XƏBƏRLƏR