Təzminat əvəzinə Zəngəzur? – “Azərbaycan təzyiqləri artırmalıdır”

Təzminat əvəzinə Zəngəzur? – “Azərbaycan təzyiqləri artırmalıdır”

Ermənistan minalı ərazilərin xəritəsini Azərbaycana verməkdən hələ də imtina edir.

 

Bununla bağlı Sfera.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, statistik məlumatlara görə, Vətən müharibəsindən sonra 350-yə yaxın şəxs mina terrorunun qurbanı olub və onların xeyli hissəsi mülki vətəndaşlardır. O qeyd edib ki, bu rəqəmin gələcəkdə artacağı da istisna deyil:

 

“Beynəlxalq ictimaiyyət minalı ərazilərin xəritəsinin verilməsi üçün Ermənistana lazımi təzyiqi göstərmir. Deməli, çox zaman olduğu kimi yenə də öz işimizi özümüz görməliyik. Əks halda, rəsmi İrəvan həmin xəritəni Bakıya verməyəcək. Bu isə gələcək proseslərə mane olacaq. Təzminat məsələsi bu təzyiqin real nəticəyə çevrilməsini təmin edə bilər”.

 

Müsahibimiz qeyd edib ki, Ermənistandan təzminat tələb etməyimiz üçün başqa əsaslar da var:

 

“Bunlardan biri də torpaqlarımızın işğal altında olduğu 30 il ərzində bizə dəymiş ziyanla bağlıdır. Bundan sonra təzminat məsələsi daim gündəmdə olmalı, İrəvana təzyiqlər artırılmalıdır. Sistemli səylərin nəticə verəcəyinə dair ehtimal böyükdür. Ya Ermənistan, nəhayət, geri çəkilib minalı ərazilərin xəritəsini verəcək, ya da təzminat ödəyəcək. Aydın məsələdir ki, rəsmi İrəvanın bu təzminatı ödəmək üçün iqtisadi gücü yoxdur. Odur ki, tarixi torpaqlarımızı, o cümlədən Zəngəzuru maddi təzminat kimi Azərbaycana qaytara bilər. Tarixdə belə təcrübə var”.

 

Günay


OXŞAR XƏBƏRLƏR