İran Rusiyaya “nəfəslik” açmağa çalışır - Hüseyn Əmir Abdullahiandan AÇIQLAMA

İran Rusiyaya “nəfəslik” açmağa çalışır - Hüseyn Əmir Abdullahiandan AÇIQLAMA

İran Qərb ölkələrinin iqtisadi sanksiyalarına qarşı Rusiya ilə əməkdaşlıq müqaviləsi imzaladığını açıqlayıb.

 

Sfera.az xəbər verir ki, bu barədə İranın Xarici İşlər naziri Hüseyn Əmir Abdullahian məlumat verib:

 

“İran 3 il əvvəl ABŞ-ın sanksiyalarına məruz qalan ölkələrlə blok və ya birlik yaratmaq təklifi ilə çıxış edib. Bu məqsədlə Rusiya ilə müqavilə imzalamışıq”.

 

İranlı nazir qeyd edib ki, sözügedən birliyin yaradılması sanksiyaları neytrallaşdırmaq və sanksiyalara məruz qalan ölkələrin rifah və inkişaf səviyyələrini artırmaq məqsədi daşıyır.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR