“Maqnit qasırğası ölümlə nəticələnə bilər” – Həkimdən AÇIQLAMA

“Maqnit qasırğası ölümlə nəticələnə bilər” – Həkimdən AÇIQLAMA

Son günlər maqnit qasırğasının müşahidə ediləcəyi ilə bağlı xəbərlər yayılıb. Mütəxəssislər bu səbəbdən xroniki xəstəlikləri olan insanlara xəbərdarlıq edib.

 

Bəs, xroniki xəstəlikləri olan insanlar özlərini maqnit qasırğasının yarada biləcəyi fəsadlardan necə qoruya bilərlər?

 

Mövzu ilə bağlı Sfera.az-a danışan həkim-terapevt Rauf Qasımov bildirib ki, maqnit qasırğaları daha çox ürək, qan-damar və sinir sisteminə mənfi təsir edir:

 

“Qasırğaının insanlarda görülən ən güclü əlmətlətləri başağrısı, başgicəllənmə, ürəkbulanma, qusma, yorğunluq və yuxusuzluqdur. Maqnit qasırğaları meteohəsas insanlara daha çox təsir göstərir. Hamilə qadınlar, yaşlılar və xroniki xəstəliyi olan insanlar bu dövrdə daha diqqətli olmalıdırlar. Adətən dərman qəbul edən hipertoniya və insult xəstələri, asmatik problemi, ürək, yaxud hər hansı bir xroniki xəstəliyi olanlar, nəfəsalmada problemlə üzləşənlər maqnit qasırğası zamanı qan təzyiqinin oynaması nəticəsində özlərini narahat hiss edə bilərlər”.

 

Həkimin sözlərinə görə, yaşı 60-dan yuxarı və xroniki xətəlikləri olan insanlara zərurət olmadığı təqdirdə çölə çıxmaq məsləhət görülmür:

 

“Maqnit qasırğasının təsirinin ilkin əlamətləri müxtəlif ola bilər. Hətta qeyd etdiyimiz problemləri olan şəxslərin huşunu itirməsi baş verə bilər. Bundan başqa, başağrısı, təzyiqin oynaması, ürək ağrıları, xəstənin haldan hala düşməsi, spazmlar, ürək döyüntüləri kimi əlamətlər mümkündür. Bunları özündə hiss edən insanlar həkimə müraciət etməlidir. Maqnit qasırğasının ölümlə nəticələnməsi halları nadir hallarda baş verə bilər”.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR