"Məktəblərdə qızılcaya yoluxma ilə bağlı distant təhsilə..." - Nazirlikdən MÜHÜM AÇIQLAMA

Son günlər məktəblərdə qızılcaya yoluxma artır, hətta ölüm halları da qeydə alınır.

 

Qızılca xəstəliyi ilə bağlı məktəblərdə tədbirlər görülürmü? Məktəblərin distant təhsilə keçməsi gözlənilirmi?

 

Məsələ barədə Sfera.az-a açıqlamasında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən Zenfira Sevdimalı bildirib ki, təhsil müəssisələrində nəzarət gücləndirilib:

 

“Son günlər uşaqlar arasında qızılcaya yoluxma halları ilə bağlı məsələ Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin də nəzarətindədir.Məktəblərdə qızılca xəstəliyinə yoluxma halları ilə bağlı quruma daxil olan məlumat əsasında nəzarət tədbirləri gücləndirilib, müvafiq ixtisaslaşdırılmış qurumlar tərəfindən dezinfeksiya işləri həyata keçirilir.


Bununla yanaşı, ümumi təhsil məktəblərində pedaqoji kollektivə şagirdlərin səhhətində müşahidə oluna biləcək hər hansı narahatlıq halları ilə bağlı daha diqqətli olmaları tapşırılıb.

 

 

Nazirlik rəsmisi valideynlərə də müraciət etdi:

 

"Mövsümi xəstəliklərə və virus infeksiyalarına yoluxmanın qarşısının alınması məqsədilə övladlarınıza peyvənd vurdurmağınızı və tam sağalanadək onların digər uşaqlarla yaxın təmasda olmamasını təmin etməyi tövsiyə edirik”.

 

Z.Sevdimalı qeyd etdi ki, 195 nömrəli məktəb istisna olmaqla, distant təhsilə keçilməsi ilə bağlı qərar yoxdur:

 


“Yoluxma halları kütləvi xarakter daşıyarsa, epidemiya təhlükəsinin yaranacağı halda məktəblərin distant təhsilə keçməsi qərarı aidiyyəti qurumlarla birgə verilə bilər”.

 

Firuzə Əliyeva

 

 


OXŞAR XƏBƏRLƏR

Zərərçəkənlər Vardanyanın məhkəməsində danışdılar

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə...

"Atam öz cinayətini yüngülləşdirmək üçün "namus" ifadəsini ortaya atıb"

Ötən gün Qobustan rayonunda baş verən qətl hadisəsi zamanı 2001-ci il təvəllüdlü kənd sakini Günel Rasim qızı Ağabəyli yaşadığı evdə qətlə yetirilib.   ...

Azərbaycanda kino istehsalına yeni dövlət dəstəyi

Prezident İlham Əliyevin 2025-ci il 29 may tarixli 610 nömrəli Sərəncamının icrası çərçivəsində, Nazirlər Kabineti tərəfindən ölkəmizdə ilk dəfə olaraq &ld...

Əli Əsədov Pakistan Milli Assambleyasının sədri ilə görüşdü

Azərbaycanın Baş naziri Əli Əsədov iyulun 8-də ölkədə rəsmi səfərdə olan Pakistan Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiqin başçılıq etdiyi nümayəndə heyə...

Tatlısəs 100 mənzildən ibarət bina tikdirir

Türkiyəli müğənni İbrahim Tatlısəs daşınmaz əmlaklarının sayını artırır.   Sfera.az xəbər verir ki, ifaçı 100 mənzildən ibarət bina tikdirməyə başlay...

Nazir ona yüksək vəzifə verdi

Vasif Qurbanzadə Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinə müdir təyin edilib.   Sfera.az bildirir ki, bununla bağlı mədəniyyət naziri Adi...