“Blogerlər vergidən yayınırlar” – Türkiyədəki həbslər ölkəmizdə də təkrarlana bilərmi?

“Blogerlər vergidən yayınırlar” – Türkiyədəki həbslər ölkəmizdə də təkrarlana bilərmi?

Türkiyədə bir çox tanınmış bloger və influecer çirkli pulların yuyulması ittihamı ilə həbs edilib.  Onlar barəsində polis tərəfindən hüquqi araşdırmalar davam etdirilir.

 

Bəs, Azərbaycanda blogerlərin necə varlanması faktı araşdırılırmı?

 

Mövzu ilə bağlı Sfera.az-a danışan texnobloger Fərid Pərdəşünas bildirib ki, Türkiyədə bloqerlərin çirkli pulların yuyulmasında iştirakçı olmaları barədə əsaslı faktlar toplanmışdı.

 

“Azərbaycanda isə blogerlərin varlanması prosesi araşdırılmır. Ölkəmizdə kifayət qədər özü işləyib qazanan bloger və influencerlər də var. Bloqçuluq olduqca pullu bazardır. Hər bir bloger öz əməyi vasitəsilə bu bazarda varlana bilər”.

 

Mütəxəssis diqqətə çatdırıb k, hər hansı blogerin pulu necə qazandığı ilə bağlı fakt əldə etmədən iddia qaldırmaq da düzgün deyil:

 

“Bununla belə onların aralarında bəziləri var ki, vergidən yayınırlar. Bununla bağlı heç bir tədbir görülməyib”.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR