Qırmızı Ürəklər Fondunun dəstəyi ilə iki rayonda “Vətən Bağı” salındı

Qırmızı Ürəklər Fondunun dəstəyi ilə iki rayonda “Vətən Bağı” salındı

Qırmızı Ürəklər Fondu 2021-ci ildən etibarən birinci və ikinci Qarabağ müharibəsi zamanı şəhid olan qəhrəman oğullarımızın əziz xatirəsini əbədiləşdirmək məqsədi ilə ölkənin bir sıra şəhər və rayonlarında “Vətən Bağı” layihəsini həyata keçirir. Layihə çərçivəsində rayon və şəhər üzrə şəhidlik zirvəsinə ucalan igidlərin xatirəsinə eyni sayda ağac əkilir. Layihə həmçinin Azərbaycanın ekoloji mühitinə töhfə vermək məqsədi daşıyır.

 

Sfera.az xəbər verir ki, budəfəki ağacəkmə aksiyası PAŞA Holding-in dəstəyi ilə Qazax rayonunda, Kapital Bank-ın dəstəyi ilə Şabran rayonunda həyata keçirildi. Qazaxda 350, Şabranda 140 ədəd olmaqla ümumilikdə 490 ədəd sərv və tuya ağacı əkildi. Ağacəkmə aksiyasında şəhid ailələri, qazilər, rayon və şəhər ictimaiyyətinin nümayəndələri, Kapital Bank-ın və Qırmızı Ürəklər Fondunun əməkdaşları iştirak etdilər. Aksiya Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və yerli İcra Hakimiyyəti orqanlarının dəstəyi ilə baş tutdu. Tədbirdə iştirak edən şəhid ailələri bu təşəbbüsə görə fonda və aidiyyatı qurumlara təşəkkür etdilər. 

 

Qeyd edək ki, “Vətən Bağı” əsasən insanların sıx yaşadığı yerlərdə, parklarda və şəhər mərkəzlərində salınır. Bununla da ölkə ərazisində Vətən Bağı-nın sayı 28-ə çatdı. Layihənin ağacəkmə mövsümü zamanı davam etdirilməsi planlaşdırılır. Əkilən ağaclara qulluq olunması, suvarlanması və digər lazımi tədbirlər yerli İcra Hakimiyyəti orqanları və Qırmızı Ürəklər Fondu tərəfindən həyata keçirilir.

 

“Qırmızı ürəklər” 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. Hazırda Fond kimi fəaliyyətini davam edən təşkilat, əsasən uşaq evlərinə, sığınacaqlara və digər ehtiyacı olanlara yardımlar edir. //redhearts.az saytına daxil olmaqla fondun fəaliyyəti, gördüyü xeyirxah işlər, gələcək planları və digər maraqlı məlumatları əldə etmək olar.


OXŞAR XƏBƏRLƏR

“Növbəti pandemiya artıq aramızdadır” - Quammendən xəbərdarlıq

Dünyanı sarsıdan COVİD-19 pandemiyasının yaranacağını illər əvvəl proqnozlaşdıra bilən tanınmış elmi yazıçı David Quammen növbəti pandemiya ilə bağlı ciddi xəbə...

Əkrəm İmamoğluna görə daha 18 nəfər həbs edildi

İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) qarşı aparılan “korrupsiya” və “rüşvətxorluq” istintaqı çərçivəsində daha 18 nəfər həbs edilib.&...

Tramp:"Çin 145% gömrük rüsumu tətbiq edəcək"

ABŞ Prezidenti Donald Tramp hesab edir ki, Çin Vaşinqtona 145%-lik gömrük rüsumları tətbiq etməyə layiqdir.    Sfera.az xəbər verir ki, o, bu fi...

Saatlıq iş rejiminə keçid maaşlara təsir edəcək? - VİDEO

Növbəti illərdə Azərbaycanda saatlıq əməkhaqqı sisteminə keçid gözlənilir. Bununla bağlı Əmək Məcəlləsində dəyşiklik üçün təkliflər hazırlanıb.   Sfe...

İstanbul birjasında manipulyasiya etdilər - 15 nəfər həbs olundu

İstanbul Baş Prokurorluğu İstanbul Birjasında aparılan ticarət əməliyyatlarında manipulyasiya iddiaları ilə bağlı genişmiqyaslı araşdırmalara başlayıb. Sfe...

İlham Əliyev İsrail Prezidenti İsxak Hersoqu təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev İsrail Prezidenti İsxak Hersoqa təbrik məktubu göndərib.   Sfera.az xəbər verir ki, məktubda deyilir: &nbs...