Bakı metrosunda qiymət artırılır? - Rəsmi AÇIQLAMA

Bakı metrosunda qiymət artırılır? - Rəsmi AÇIQLAMA

Son günlər Bakı metrosunda gediş haqqının artacağı ilə bağlı xəbərlər dolaşır.

 

Sfera.az xəbər verir ki, məsələnin nə qədər real və həqiqətə uyğun olduğunu dəqiqləşdirmək üçün Moderator.az "Bakı Metropoliteni"QSC ilə əlaqə saxlayıb.

 

Bakı Metropoliteninin sözçüsü bildirib ki, gediş haqqı tariflərinə baxılması və müvafiq qərarların verilməsi Bakı Metropoliteninin səlahiyyəti xaricində olan məsələdir:

 

"Bakı Metropoliteninə bununla bağlı müraciət ünvanlanmayıb. Artıq sözügedən məsələyə Tarif Şurası deyil, Rəqəmsal İnkişaf Nəqliyyat Nazirliyi baxır. Sərəncamda qeyd olunur ki, Maliyyə və İqtisadiyyat Nazirliyinin rəyi əsasında qanun qəbul olunur. Rəqəmsal inkişaf və nəqliyyat sahəsində tariflərin və xidmət haqlarının tənzimlənməsinin təkmilləşdirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında 2 sentyabr 2023-cü il tarixli Fərmanına əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla, müvafiq sahəyə aid məsələlərə dair tarif siyasətini həyata keçirir".

 


OXŞAR XƏBƏRLƏR

Elşad Miridən deputata cavab: "Belə deməz..."

Bir neçə gündür, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov, ilahiyyatçı-psixoloq Fazil Əhmədin dinşünas Elşad Miri ilə ...

Azərbaycanda qadağan edilmiş dini qruplar - SƏBƏBLƏR

Azərbaycanda dini radikalizmə və ekstremizmə qarşı mübarizə çərçivəsində bir sıra dini təşkilatların fəaliyyəti rəsmi olaraq qadağan edilib. Bu qərarlar təhlükə...

Prezident Qusarda bağçılıq və soyuducu anbar kompleksinin fəaliyyəti ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 30-da Qusar rayonunda "İsmikhanlı" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) bağçılıq və soyud...

Süni intellekt proqramı tibb imtahanından uğurla keçib - Yenilik

Yaponiyada hökumətə bağlı Milli İnformasiya İnstitutunun (NII) rəhbərliyi ilə fəaliyyət göstərən tədqiqatçılar milli tibbi lisenziya imtahanını uğurla keçə bilə...

“Növbəti pandemiya artıq aramızdadır” - Quammendən xəbərdarlıq

Dünyanı sarsıdan COVİD-19 pandemiyasının yaranacağını illər əvvəl proqnozlaşdıra bilən tanınmış elmi yazıçı David Quammen növbəti pandemiya ilə bağlı ciddi xəbə...

Əkrəm İmamoğluna görə daha 18 nəfər həbs edildi

İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) qarşı aparılan “korrupsiya” və “rüşvətxorluq” istintaqı çərçivəsində daha 18 nəfər həbs edilib.&...